Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-859/2023 26.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X41 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi, maraqlı şəxslər X2, X5, X8, X3, X9 və X4 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X6 qalmış mirasın qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı ildə 01 saylı qərarı ilə Hacıqabul rayonunun Nəvahi kəndində anası X20, arvadı X11, qardaşının arvadı X27, qızı X12, qızı Yahyayeva (Heydərova) Röyalə İbrahim qızı, qızı Məmmədova (Heydərova) Ayşən İbrahim qızı, oğlu X21, qardaşı oğlu X13, qardaşı qızı X10 və qardaşı oğlu X14 25,2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə xüsusi mülkiyyətinə verilmişdir. JN-039, KOD 91006005 nömrəli Dövlət aktından adlar və ata adlarında səhvlər olduğu üçün, müvafiq qaydada həmin torpaq sahəsinə çıxarış alarkən həmin səhvləri düzəldilməsi barədə ərizə vermişlər və həmin ərizəyə əsasən səhvlər düzəldilmişdir. Qeyd edir ki, yuxarıda adları göstərilən anası X20, qardaşının arvadı X27 və qardaşı qızı X10 vəfat etmişlər. Onların ölüm haqqında şəhadətnamələrinin surətlərini ərizəyə əlavə edilmişdir. Hal-hazırda Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı ildə 01 saylı qərarı ilə Hacıqabul rayonunun Nəvahi kəndində ona və adları göstərilən sağ olan şəxslərin razılığı əsasında həmin torpaq sahəsini öz adına keçirmək üçün ailə üzvlərinin razılığı var. Gələcəkdə həmin torpaq sahəsini öz adına tam keçirdikdən sonra, qardaşı oğlu X13, onun bacısı mərhum X10 və qardaşı oğlu X14 düşən torpaq sahəsini ayrıb onların istifadəsinə verəcəkdir. Əlavə olaraq bildirir ki, anası X20 vəfat etdikdən sonra onu o dəfn etmiş və yas mərasimini keçirmişdir. Anası mərhum X20 buna qədər notarial qaydada vəsiyyətnamə qoyaraq onun adına olan bütün əmlakını ona vəsiyyət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdiki, anası vəfat etdikdən sonra ona məxsus torpaq sahəsi faktiki olaraq onun tərəfindən idarə edilmiş, əkibbecərilmiş və istifadə edilmişdir. Bu səbəbdən anasından qalmış mirası faktiki olaraq qəbul edilməsini istəyir. Torpağın digər mülkiyyətçiləri ilə onun arasında bununla bağlı hər hansı mübahisə yoxdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxlər X12, X17, X22, X13, X23 və X11 hər biri ayrıayrılıqda bildirdilər ki, 2016-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən 2528 hektar torpaq sahəsini oğlu Ərizəçi faktiki sahiblik etmiş və idarə etmişdir. Odur ki, onun tərəfindən mərhumdan miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etmirlər. Maraqlı şəxs Hacıqabul rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən 25.2750 torpaq sahəsi X20, X11, X27, X7, X18, X24, X13, X23, X21 və X1 birgə mülkiyyətindədir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X19 arasında olan nikah xx.xx.1984-cü il tarixdə 40 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ № 145707 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi atası X13, anası X15r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Hacıqabul rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 82 nömrəli məktubundan görünür ki, xx.xx.2016-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakın qəbuluna dair Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddət məhkəmə üzürlü sayarsa uzadıla bilər. Məhkəmə, ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 25,2750 ha torpaq sahəsi mərhum X20 və digər şəxslərin (maraqlı şəxslər) birgə mülkiyyətində olmuşdur. X20 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ərizəçi miras qoyanın birinci növbə vərəsəsi olmaqla, ondan mirası qalmış torpaq sahəsini faktiki olaraq qəbul etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Qanunvericiliyə əsasən mirasın bir hissəsinə sahiblik etməyə faktik başlanıldıqda, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, miras tamamilə qəbul edilmiş sayılır (MM 1243.3). Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X6 qalmış mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 qalmış mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X42
Məhkəmə qərarları › İş №2(071)-859/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-859/2023
26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver