Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-869/2024 01.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, babası X6 1997-ci il tarixdə Hacıqabul rayonun Kolanı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 1907-ci ildə Azərbaycan SSRİ Sabirabad rayonu kolanı kəndi indiki Hacıqabul rayonu kolanı kəndində anadan olmuşdur. Bu barədə Azərbaycan SSRİ Sabirabad Rayon İcariyyə Komitəsinin Daxili İşlər Şöbəsi 27 yanvar 1981-ci ildə XİV-ЖГ № 561298 nömrəli pasport vermişdir. X9 1998-ci ildə yaşadığı Hacıqabul rayonu kolanı kəndinədə vəfat etmiş və Hacıqabul rayonunda dəfn edilmişdir. Lakin Ərizəçi babasının ölümünün üzərindən 27 ildən çox vaxt keçməsinə baxmayaraq, bu günə kimi babasının "Ölüm haqqında şəhadətnaməni”sini ala bilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə rəsmi müraciət etsə də, Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli № 40 nömrəli məktubla bildirilmişdir ki, 1907-ci il təvəllüdlü X6 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. X6 ölümü təsdiqləyən tibbi arayış olmaması səbəbindən ölüm faktının təsdiqlənməsi üçün “Ölüm haqqında şəhadətnamənin” verilməsindən Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən imtina olunmuş və Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda babası X5 qalma miras əmlakın daşınmaz əmlakın dövlət qeydiyyatı və vərəsəlik qaydasında müəyyənləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etsə də, ölüm haqqında şəhadətnamə tələb olunur. Məhz “Ölüm haqqında şəhadətnaməni” ala bilmədiyi üçün daşınmaz əmlaklarla bağlı sənədləşmə işi apara bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirir ki, X2 rayonu Kolanı kəndində basdırılıb. Babasının ölüm tarixi başdaşında qeyd olunmuş tarixdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Abdulabad Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli 12 nömrəli arayışdan müəyyən edilmişdir ki, onun babası X2 rayonunun Kolanı kəndində vəfat etmiş və Kolanı kənd qəbirstanlığında dəfn olunmuşdur. Qəbirüstü başdaşında “xx.xx.1906-cı ildə anadan olmuş və xx.xx.1998-ci ildə vəfat etmişdir” sözləri yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 40 nömrəli məktubda qeyd edilmişdir ki, 1907-ci il təvəllüdlü X6 ölümü haqqında akt qeydinin aşkarlanması məqsədi ilə “Vətəndaşlıq vəziyyəti akları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparılmış, lakin qeyd olunan şəxs barəsində ölüm haqqında qeyd aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının Dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Xosı oğlu öz ifadəsində bildirmişdir ki, mərhumun oğludur. Atası Şahid1 Xosı oğlu 1998-ci ildə vəfat edib. Balaca oğlu Nəbi ilə yaşayırdı və qocalıqdan vəfat etmişdir. Nəbi də həmçinin dünyasını dəyişib. Şahid1 Xosı oğlu vəfat edən zaman onun barəsində ölümün qeydə alınması üçün müraciət etsələr də, həmin müraciət qeydə alınmamışdır. El adəti ilə Kolanı kənd qəbirstanlığında basdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Ərizəçi atasının əmisi oğludur. X3 atasının babasıdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Mərhumun başdaşında 1998-ci ildə vəfat etdiyi qeyd olunmuş və həmin ildə onun vəfat etdiyini xatırlayır. X9 vəfat etdikdə onun 6 yaşı vardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, Ərizəçi onun dayısının oğludur. X3 anasının atasıdır. X4 1972-də anadan olmuşdur. Babası 1998-ci ildə, yay aylarında qocalıqdan vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1907-ci il təvəllüdlü X6 xx.xx.1998-ci ildə Hacıqabul rayonun Kolanı kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1907-ci il təvəllüdlü X6 xx.xx.1998-ci ildə Hacıqabul rayonun Kolanı kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-869/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-869/2024
01.10.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver