Məhkəmə qərarları › İş №2(071)-870/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-870/2023

26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-870/2023 26.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X17 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 atası X7, anası X2 olmaqla, xx.xx.1953-cü il tarixdə Şamaxı rayonunun Şorbaçı kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Lakin hazırda həyat yoldaşının təqaüdünü əldə etmək üçün doğum şəhadətnaməsi lazım olmuş və o həyat yoldaşının doğum haqqında şəhadətnaməsini itirmişdir. O bu barədə Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs ona həyat yoldaşı Əskərin doğum aktı qeydinin olmadığını və bu sənədi məhkəmə vasitəsi ilə əldə etməyini məsləhət görərək ona yazılı arayış vermişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum ərinin doğum sənədi olmuşdur. Lakin, baldızı bir neçə il bundan əvvəl evdə olan sənədləri, o cümlədən mərhum ərinin doğum sənədini yandırmışdır. Mərhum ərinin doğum sənədinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etsə də, həmin sənədi əldə edə bilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 nikahı xx.xx.1978-ci il tarixdə Əlibayramlı şəhəri VVAQ şöbəsində qeyd edilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 302 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Qəhirmanov” və “Qəhirmanova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ № 226895 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AB № 193287 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1953-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, X10 1953-ci ildə doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, araşdırma zamanı xx.xx.1953-cü il təvəllüdlü X4 doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X9, anası X1r. Beləliklə, ərizəçinin izahatı və iş materiallarında ola sənədlərlə ərizəçinin mərhum əri - X4 atası X7, anası X2 olmaqla, xx.xx.1953-cü il tarixdə Şamaxı rayonunun Şorbaçı kəndində doğulması və onun doğumunun qeyd edilməsi tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi mərhum ərinin doğum haqqında şəhadətnaməsinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun doğum akt qeydi aşka olunmadığına görə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum əri X4 təqaüdünü ala bilməsi üçün onun doğum haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən mərhumun doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, mərhum X4 doğumun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X4 doğum akt qeydi aşkar olunmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi mərhum ərinin doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 atası X7, anası X2 olmaqla, xx.xx.1953-cü il tarixdə Şamaxı rayonunun Şorbaçı kəndində doğulmasının qeyd edilməsi ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 atası X9, anası X2 olmaqla, xx.xx.1953-cü il tarixdə Şamaxı rayonunun Şorbaçı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar