Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-871/2024 25.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir. Məhkəmə tərəfindən ərizəsinin nəzərə alınmasını və baxılmamış saxlama haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.1.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi (Maraqlı şəxs) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, **********18 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-871/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-871/2024
25.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver