Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-890/2022 20.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxoyev Eldost Elşad oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 “hüquqi əhəmiyyəti olan mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X4 maraqlı şəxs Hacıqabul rayon dövlət notariat kontoruna qarşı “hüquqi əhəmiyyəti olan mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, daşıənmaz Əmlakın Dövlət Reyestrində mərhum əri X1 adına qeydə alınmış Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 47 mənzil 13-də yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin mənzilin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Şirvan şəhər Ərazi İdarəsində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X4 məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə X2 ərizənin geri qaytarılmasına dair ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq ərizə baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən ərizəçinin dövlət büdcəsinə köçürdüyü 33 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 114.1.5, 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X2 “hüquqi əhəmiyyəti olan mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. "xxxx" ASC-nin K0163011 nömrəli terminalı vasitəsilə xx.xx.2022-ci il tarixli 19700 nömrəli (GPP 9********) mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən X3 (4KR1WK3) qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-890/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-890/2022
20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver