Məhkəmə qərarları › İş №2(071)-929/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-929/2025

26.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-929/2025 26.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. İddiaçı X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 izahatında bildirmişdir ki, mülki işin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdehin nümayəndəsinin ərizəsindən işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.1.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 49,60 (qırx doqquz manat altmış qəpik) manat dövlət rüsumu iddiaçı X2 qaytarılsın. Qərardaddan, qərardad 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar