Məhkəmə qərarları › İş №2(071)-954/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-954/2022

21.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-954/2022 21.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və cavabeh Cavabdeh iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı “torpaqdan və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı “torpaqdan və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair 91006018 kod nömrəli xx.xx.2006-cı il tarixli Dövlət Aktı ilə Bağçılıq təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onun mərhum əri X1 verilmiş və mülkiyyətində olan 0,06 hektar torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabeh Cavabdeh qarşı “torpaqdan və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar