Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-966/2025 29.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsna qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Ərizəçi Maraqlı şəxsna qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə vəfat etmiş atası X1 miras qalmış torpaq sahəsi və digər mirasların miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılma səbəbləri üzrlü hesab edilməklə, həmin müddətin uzadılması və ərizəçi tərəfindən həmin miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə, həmçinin Elektron məhkəmə informasiyası vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin hesab edir ki, ərizə baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: Ərizəçi Maraqlı şəxsna qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizə baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. xx.xx.2025-ci il tarixli, **********60 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-966/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-966/2025
29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver