Məhkəmə qərarları › İş №2(072)-1103/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-1103/2025

18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-1103/2025 18.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, xx xxxxx 1966-cı ildə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olmuşdur. Onlar ailədə 7 (yeddi) uşaq-3 (üç) bacı və 4 (dörd) qardaş olmuşlar, 2 (iki) bacısı və 2 (iki) qardaşı ölmüşdür. X2, anası X7r və onlar bir neçə il əvvəl ölmüşlər. O, X16 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 5 (beş) uşağı-3 (üç) qız və 2 (iki) oğlan anadan olmuşdur. Ona da məlum olmayan səbəblərə görə, əvvəldən ona məxsus doğum haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də doğum aktı qeydinin bərpa edilməsi mümkün deyildir. Lakin onun Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi vardır. O, doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün lazımi sənədləri toplayıb, İmişli Regional Maraqlı şəxsndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsi tərəfindən ona doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi özü ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, doğumun qeyd edilmə faktının müəyyən edilərək, doğum haqqında akt qeydləri kitabında “vətəndaşın adı, soyadı və ata adı” qrafasında X6, “doğum tarixi” qrafasında xx xxxxx 1966-cı il, “doğum yeri” qrafasında Cəbrayıl rayonu, Hacılı kəndi, “atası” qrafasında X4, “anası” qrafasında X12 və “milliyəti” qrafasında azərbaycanlı yazılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs İmişli Regional Maraqlı şəxsndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs İmişli Regional Maraqlı şəxsndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AZE ******** №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumatdan görünür ki, Ərizəçi xx xxxxx 1966-cı ildə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olmuş və Cəbrayıl rayonu, Daşveysəlli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İİİ-ЖГ 417780 №-li, 19 fevral 1985-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X6 arasında 19 fevral 1985-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 02 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Həziyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon Qeydiyyat Şöbəsinin 30 oktyabr 2025-ci il tarixli və 13 dekabr 2025-ci il tarixli arayışlarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon Qeydiyyat Şöbəsinin arxivində doğum akt qeydləri yoxlanılmış, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 30 oktyabr 2025-ci il tarixədək və 30 dekabr 2025-ci il tarixədək bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin vətəndaş Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan İmişli Maraqlı şəxsndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin 330 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə İmişli Maraqlı şəxsndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon Qeydiyyat Şöbəsinin arxivində Ərizəçi doğum haqqında akt qeydi aşkar edilmədiyi üçün doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Onlar ailədə 7 (yeddi) uşaq-3 (üç) bacı və 4 (dörd) qardaş olmuşlar, 2 (iki) bacısı və 2 (iki) qardaşı ölmüşdür. Bacısı Gülü xanım xx xxxxx 1966-cı ildə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olmuşdur. X1, anaları X7r və onlar bir neçə il əvvə ölmüşlər. Bacısı Ərizəçi X16 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və onların rəsmi nikahından 5 (beş) uşağı- 3 (üç) qız və 2 (iki) oğlan anadan olmuşdur. Ona da məlum olmayan səbəblərə görə, bacısı Ərizəçi məxsus doğum haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, doğum aktı qeydinin bərpa edilməsi mümkün deyildir. Lakin bacısı Gülü xanımın Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi vardır. Eyni zamanda bildirir ki, bacısı Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün lazımi sənədləri toplayıb, İmişli Regional Maraqlı şəxsndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsi tərəfindən Gülü xanıma doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Ərizəçi Həziyeva (Hüseynova) Gülü Məhəmmədəli qızının doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi özü ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 və X13 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxx 1966-cı ildə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olmuş, ailəlidir, atası X4, anası X12, milliyəti azərbaycanlı və onun Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi vardır, lakin doğum haqqında şəhadətnaməsi yoxdur. Bundan başqa, Ərizəçi doğum haqqında akt qeydləri qeydiyyat şöbəsinin və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Bundan başqa, Ərizəçi doğumun qeyd edilmə faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Ərizəçi xx xxxxx 1966-cı ildə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olması, atasının X4, anasının X12 və milliyətinin azərbaycanlı olması faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, doğumun qeyd edilmə faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, Ərizəçi xx xxxxx 1966-cı ildə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olması, atasının X4, anasının X12 və milliyətinin azərbaycanlı olması faktı, yəni doğumun qeyd edilmə faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Ərizəçi “xx xxxxx 1966-cı ildə Cəbrayıl rayonu, Hacılı kəndində” anadan olması, “atasının” X4, “anasının” X12 və “milliyətinin” azərbaycanlı olması faktı, yəni doğumun qeyd edilmə faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Doğum haqqında akt qeydləri kitabında “vətəndaşın adı, soyadı və ata adı” qrafasında X6, “doğum tarixi” qrafasında xx xxxxx 1966-cı il, “doğum yeri” qrafasında Cəbrayıl rayonu, Hacılı kəndi, “atası” qrafasında X4, “anası” qrafasında X12 və “milliyəti” qrafasında azərbaycanlı yazılmaqla, doğumun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar