Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-470/2023 26.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İddiaçılar: İddiaçı1 və İddiaçı2, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri, Məhsəti küçəsi, ev 24 ünvanda yaşayır. Digər İddiaçı2 onun həm həmyerlisi, həm də dostudur. 2020-ci ilin sonlarında o və digər iddiaçı Əmirov X8 rayonu ərazisində xaricdən südlük inək cinsləri gətirərək birlikdə fermer təsərrüfatı qurmaq qərarına gəlmişlər. Hətta bu sahənin dəstəklənməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində müvafiq dövlət proqramlarının mövcud olduğunu müəyyən etmişlər. Lakin bu nazirlikdə və onun struktur bölmələrində onlara yaxın adamları olmadığı üçün məcburiyyət qarşısında qalıb, İsmayıllı rayon sakinləri X6 və X4 bu məsələdə onlara kömək etmələrini xahiş etmişlər. Belə ki, İsmayıllı rayon prokurorluğunun sabiq əməkdaşı, X1 rayon prokurorluğunun inzibati binasının 1-ci mərtəbəsində yerləşən iş otaqlarından birində onlarla 2020-ci ilin dekabr ayında görüşərək bu işdə onlara kömək edə biləcəyini bildirərək, onlardan bir dəfəyə 21590 (iyirmi bir min beş yüz doxsan) AZN məbləğində pul vəsaiti almışdır. Həmin pul vəsaitinin 10795 (on min yeddi yüz doxsan beş) AZN məbləği onun özünə, qalan hissəsi, yəni 10795 (on min yeddi yüz doxsan beş) AZN məbləği isə digər İddiaçı2 məxsus olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, X10 2022-ci ilin yanvar ayında “Milliön” ödəmə terminalı vasitəsilə Cavabdeh hesabına 21590 (iyirmi bir min beş yüz doxsan) AZN məbləğində pul vəsaitini köçürmüşdür. X11 və X10 onları əmin etmişlər ki, bu pulun qarşılığında xaricdən südlük inək cinslərini gətirmək məsələsini Cavabdeh vasitəsilə tez bir zamanda onların xeyrinə həll edəcəklər. Lakin nə X11, nə də onun doğma oğlu X7 bu məsələni həll etmişlər. Bundan sonra onlar məcburiyyət qarşısında qalıb, X6 və X2 qarşı İsmayıllı Rayon Məhkəməsində “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-015/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə onların iddia tələbi rədd edilmişdir. Onlar İsmayıllı Rayon Məhkəməsinin 2(037)-015/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət vermişlər. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-485/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi onların apellyasiya şikayəti rədd edilmiş və İsmayıllı Rayon Məhkəməsinin 2(037)-015/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, mülki işə İsmayıllı Rayon Məhkəməsində baxılan zaman hazırki iş üzrə Cavabdeh şahid qismində dindirilmiş və ifadəsində, eləcə də apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılan zaman ərizə ilə müraciət edərək, “İddiaçı1 və İddiaçı2 şifahi tapşırığı əsasında xaricdən südlük inək cinsləri gətirmək məqsədilə X5 və X3 vasitəsilə ona 2022-ci ilin yanvar ayında 21950 (iyirmi bir doqquz yüz əlli) AZN məbləğində pul göndərildiyini...” bildirmişdir. Eyni zamanda bildirir ki, Cavabdeh həmin pul məbləğindən ona və digər İddiaçı2 12200 (on iki min iki yüz) AZN məbləğində pulu geri qaytarmış, lakin 9390 (doqquz min üç yüz doxsan) AZN məbləğində pulu bu günədək geri qaytarmamışdır. O və digər İddiaçı2 9390 (doqquz min üç yüz doxsan) AZN məbləğində pulun geri qaytarılması üçün dəfələrlə Cavabdeh müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, Cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuş, aldadılmış və cavabdehin qanunsuz hərəkəti bir insan kimi ona çox ağır təsir edir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən bank uçot dərəcəsi hesablanmaqla qətnamə qəbul edilən tarixə faiz formasında pul və cavabdehin barəsində xüsusi qərardadın qəbul edilməsi” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna baxmayaraq o, iddianın “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən bank uçot dərəcəsi hesablanmaqla qətnamə qəbul edilən tarixə faiz formasında pulun ödənilməsi və Cavabdeh barəsində xüsusi qərardadın qəbul edilməsi” tələbinə dair hissəsindən imtina edir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 9390 (doqquz min üç yüz doxsan) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 114 (yüz on dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün və digər İddiaçı2 xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, digər İddiaçı1 izahatına uyğun izahat vermiş və iddianın “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449cu maddəsinə əsasən bank uçot dərəcəsi hesablanmaqla qətnamə qəbul edilən tarixə faiz formasında pulun ödənilməsi və Cavabdeh barəsində xüsusi qərardadın qəbul edilməsi” tələbinə dair hissəsindən imtina edərək, Cavabdeh 9390 (doqquz min üç yüz doxsan) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 114 (yüz on dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün və digər İddiaçı1 xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. O, İddiaçı1 və İddiaçı2 şifahi tapşırığı əsasında xaricdən südlük inək cinsləri gətirmək məqsədilə tanışı X5 və X3 vasitəsilə 21950 (iyirmi bir doqquz yüz əlli) AZN məbləğində pul əldə etmişdir. Belə ki, X10 2022-ci ilin yanvar ayında “Milliön” ödəmə terminalı vasitəsilə onun hesabına 21590 (iyirmi bir min beş yüz doxsan) AZN məbləğində pul vəsaitini köçürmüşdür. Lakin müəyyən səbəblərə xaricdən südlük inək cinslərinin gətimək mümkün olmamışdır. Eyni zamanda bildirir ki, o, bu müddət ərzində həmin pul məbləğindən iddiaçılar İddiaçı1 və İddiaçı2 12200 (on iki min iki yüz) AZN məbləğində pulu geri qaytarmışdır. Hal-hazırda onun iddiaçılar İddiaçı1 və İddiaçı2 9390 (doqquz min üç yüz doxsan) AZN məbləğində pul borcu mövcuddur. Lakin bir müddət ərzində maddi cəhətdən çətinlik çəkdiyi üçün 9390 (doqquz min üç yüz doxsan) AZN məbləğində pulu iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytara bilməmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün həmin qalıq pul məbləğini iddiaçılar İddiaçı1 və İddiaçı2 birdəfəlik deyil, 2 (iki) ay ərzində hissə-hissə ödəyə bilər. Bütün bunları nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı “pul” tələbinə dair iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-015/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və X4 qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-485/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti rədd edilərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-015/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan ********** saylı 25 iyun 2023-cü il tarixli və ********** saylı 25 iyun 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia qaldırılması üçün ümumilikdə 114 (yüz on dörd) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-470/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən bank uçot dərəcəsi hesablanmaqla qətnamə qəbul edilən tarixə pulun ödənilməsi və Cavabdeh barəsində xüsusi qərardadın qəbul edilməsi” hissəsindən imtina etməsi qəbul edilmiş və bu hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əsassız varlanma”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə hesab edir ki, “varlanmış şəxs” Cavabdeh hüquqi əsas olmadan (haqq qazandıran qanuni əsas olmadan...) “məhrum olan” İddiaçı1 və İddiaçı2 hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədi ilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Bundan başqa, məhkəmə hesab edir ki, iddianın əsaslandığı şərtlər, eləcə də tərəflərin arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri məhz onların arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” olmasına dəlalət edir. Eləcə də bu fakt Şəki Apellyasiya Məhkəməsinin 2(107)-485/2023 saylı, 11 aprel 2023-cü il tarixli qanuni qüvvəyə minmiş müvafiq qətnaməsi ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd etdiyi hallar, yəni mülki işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, onlar iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişlər. Ümumiyyətlə, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bundan başqa, məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi, eləcə də bu etiraf qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli, Cavabdeh 9390 (doqquz min üç yüz doxsan) AZN məbləğində pul və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 114 (yüz on dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçılar İddiaçı1 və İddiaçı2 əsassız varlanmaya görə pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh hüquqi əsas olmadan (həyata keçirilməmiş əsasə görə) iddiaçılar İddiaçı1 və İddiaçı2 hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı; 3. İddia tələbi Cavabdeh tərəfindən etiraf edildiyi, eləcə də bu etiraf qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı; 4. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli,, Cavabdeh 9390 (doqquz min üç yüz doxsan) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 114 (yüz on dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 9390 (doqquz min üç yüz doxsan) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 114 (yüz on dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov