Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-563/2025 22.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkil): Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi: X14 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkil) Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlu ərizə tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Ərizəçi xx xxxxxxxx 1986-cı ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar olaraq, Ərizəçi ailəsi ilə birlikdə 1993-cu il tarixdə daimi yaşadığı Cəbrayıl rayonundan məcburi köçkün düşərək, Bakı şəhərində məskunlaşmışdır. Ərizəçi 2003-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlillik təyin edilmiş və o, əmək qabiliyyətsizdir. Belə ki, Ərizəçi İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Onun mərhum atası 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləmiş, 24 noyabr 2020-ci ildə ölmüşdür. Ərizəçi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət etmişdir. Lakin Ərizəçi mərhum atası X6 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləməsini təsdiq edən müvafiq sənədlər, yəni əmək stajını təsdiq edən lazımi sənədlər olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilməməsi bildirilmişdir. Belə ki, X4nun 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləməsinə dair sənədləri almaq üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinin Dövlət Arxiv İdarəsinə müraciət edilsə də, arxiv sənədlərinin işğal zonasında qalması bildirilmişdir. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Ərizəçi vəfat etmiş atası X6 1980-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi X18 ərizə tələbini rədd edərək izahatında bildirmişdir ki, Ərizəçi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ərizəçi vəfat etmiş atası X6 1979-cu il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu Səməd Vurğun” adına kolxozda işləməsini təsdiq edən sənədlər olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də, Ərizəçi əmək stajı faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bütün bunları nəzərə alaraq, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumatdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1986-cı ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş və Cəbrayıl rayonu, Soltanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Qeydiyyat Şöbəsinin 02 oktyabr 2025-ci il tarixli arayışının surətindən görünür ki, X3 ilə X10 birgə nikahından 16 sentyabr 1956-cı ildə “X15” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Xİİ-ЖГ 288033 №-li, 29 mart 1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X2 birgə nikahından xx xxxxxxxx 1986-cı ildə “Ərizəçi” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 150459 №-li, 16 yanvar 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 24 noyabr 2020-ci ildə ölmüş, bu barədə akt qeydləri kitabında 11 dekabr 2020-ci il tarixdə 1840 № ilə qeyd edilmişdir. İş materiallarında olan 16 sentyabr 2025-ci il tarixli və 09 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan (sistemdən çıxarış) görünür ki, xx xxxxxxxx 1986-cı il təvəllüdlü Ərizəçi ümumi xəstəlik səbəbindən müddətsiz İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlil və əmək qabiliyyətsizdir. İş materiallarında olan 16 sentyabr 2025-ci il tarixli və 09 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan (sistemdən çıxarış) görünür ki, xx xxxxxxxx 1986-cı il təvəllüdlü Ərizəçi ümumi xəstəlik səbəbindən 05 mart 2003-cü il tarixdən etibarən müddətsiz İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlil və əmək qabiliyyətsizdir. İş materiallarında olan a91ebala-2274-40e3-84fa-62c6c34aeca0 saylı, 09 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən görünür ki, xx xxxxxxxx 1986-cı il təvəllüdlü Ərizəçi ümumi xəstəlik səbəbindən 05 mart 2003-cü il tarixdən etibarən müddətsiz İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlil və əmək qabiliyyətsizdir, əlillik statusu qüvvədədir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 073389 №-li, 06 fevral 2014cü il tarixli əlillik vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ümumi xəstəlik səbəbindən müddətsiz İİ dərəcə əlildir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AO 064071 №-li, 29 noyabr 2004-cü il tarixli hərbi biletin surətindən görünür ki, Ərizəçi ümumi xəstəlik səbəbindən müddətsiz İİ dərəcə əlil olduğu üçün dinc dövrü hərbi xidmətə yararsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin 3-48-11RA/2-29-33 saylı, 21 aprel 2025ci il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır. İş materiallarında olan xxxxxxx250010 saylı, 13 may 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciət vərəqəsindən görünür ki, Ərizəçi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/2-S-131817/2025 saylı, 05 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin 3-17-5/2-65243/2025 saylı, 23 iyul 2025-ci il tarixli məktubundan görünür ki, 27 dekabr 2013-cü il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması nəzərdə tutulmadığı üçün X7 həmin dövrədək əmək fəaliyyəti barədə məlumatlar “Əmək və məşğulluq” altsistemində mövcud deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, həm Ərizəçi, həm də onun mərhum atası X17 tanıyır, belə ki, onlar həmkəndlidirlər. Özü xx xxxxxxx 1955-ci ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, ali təhsillidir və ixtisasca texnika üzrə mühəndisdir. Belə ki, o, “X5” Bakı Filialında ali təhsil alıb və 1981-ci ildə işləmək üçün Bakı şəhərindən Cəbrayıl rayonuna gəlmişdir. O, 01 mart 1981-ci il tarixdən 27 oktyabr 1993-cü il tarixədək fasiləsiz Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda müxtəlif vəzifələrdə (mühəndis, idarə heyətinin sədri, həmkarlar komitəsinin sədri) işləmişdir. X4 Azərbaycan SSR X13 bitirdikdən sonra 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda “aqronom” və “baş aqronom” vəzifələrində işləmişdir. Düzdür, Nemo ondan 1 (bir) il əvvəl Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işə başlasa da, lakin onlar 1981-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək fasiləsiz həmin kolxozda bir yerdə işləmişlər. Özünün həmin kolxozda müxtəlif vəzifələrdə işləməyi faktı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Lakin Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozun müəyyən dövrlər üzrə arxiv sənədləri işğal zonasında qalmışdır. Məhz bu səbəbdən də, X4 və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. Onu da qeyd edir ki, Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxoz rayonun Soltanlı kəndində yerləşirdi, kolxozun əsas fəaliyyəti üzümçülük və heyvandarlıq sahələri olmuşdur. X17 24 noyabr 2020-ci ildə ölmüşdür. Mərhum X1 rayonu “Səməd Vurğun” adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, həm Ərizəçi, həm də onun mərhum atası X17 tanıyır, belə ki, onlar həmkəndlidirlər. Özü xx xxxxxxxx 1963-cü ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, ali təhsillidir və ixtisasca aqronomdur. O, 1980-ci il tarixdən 1981-ci il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozun üzvü olmuş, 31 avqust 1981-ci ildə oxumaq üçün kolxozun üzvlüyündən azad edilmişdir. Belə ki, o, 1981-ci il tarixdən 1986-cı il tarixədək Azərbaycan SSR X9 ali təhsil alıb və 1986-cı ildə işləmək üçün Bakı şəhərindən Cəbrayıl rayonuna gəlmişdir. O, 20 aprel 1986-cı il tarixdən 17 mart 1992-ci il tarixədək fasiləsiz Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda müxtəlif vəzifələrdə (briqadir, aqronom, həmkarlar komitəsinin sədri) işləmişdir. X4 da Azərbaycan SSR X13 bitirdikdən sonra 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda “aqronom” və “baş aqronom” vəzifələrində işləmişdir. Belə ki, o, Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozun üzvü olan zaman, eləcə də institutda ali təhsil alan zaman Nemo həmin kolxozda işləyirdi. Düzdür, Nemo ondan 6 (altı) il əvvəl Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işə başlasa da, lakin onlar 1986-cı il tarixdən 1992-ci il tarixədək fasiləsiz həmin kolxozda bir yerdə işləmişlər. Daha sonra o, 17 mart 1992-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Soltanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsinə təyin olunduğu üçün kolxozun həmkarlar komitəsinin sədri vəzifəsindən azad olunmuş və bu günədək həmin vəzifədə işləyir. O, 17 mart 1992-ci il tarixdə Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozun həmkarlar komitəsinin sədri vəzifəsindən azad olunsa da, lakin Nemo ondan sonrda da, yəni 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləmişdir. Özünün həmin kolxozda müxtəlif vəzifələrdə işləməyi faktı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Lakin Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozun müəyyən dövrlər üzrə arxiv sənədləri işğal zonasında qalmışdır. Məhz bu səbəbdən də, X4 və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. Eyni zamanda, bildirir ki, Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxoz rayonun Soltanlı kəndində yerləşirdi, kolxozun əsas fəaliyyəti üzümçülük və heyvandarlıq sahələri olmuşdur. X17 24 noyabr 2020-ci ildə ölmüşdür. Mərhum X1 rayonu “Səməd Vurğun” adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, həm Ərizəçi, həm də onun mərhum atası X17 tanıyır, belə ki, onlar həmkəndlidirlər. Özü 01 aprel 1951-ci ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, orta təhsillidir. O, 05 iyul 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək fasiləsiz Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozun üzvü olmuş, yəni kolxozda “kolxozçu” işləmişdir. X4 Azərbaycan SSR X13 bitirdikdən sonra 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda “aqronom” və “baş aqronom” vəzifələrində işləmişdir. Belə ki, o, Nemo ilə birlikdə 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək fasiləsiz həmin kolxozda bir yerdə işləmişlər. Özünün həmin kolxozda “kolxozçu” işləməyi faktı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Onu da qeyd edir ki, Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxoz rayonun Soltanlı kəndində yerləşirdi, kolxozun əsas fəaliyyəti üzümçülük və heyvandarlıq sahələri olmuşdur. Mərhum X1 rayonu “Səməd Vurğun” adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, ərizəçi-xx xxxxxxxx 1986-cı il təvəllüdlü Ərizəçi vəfat etmiş X6 övladıdır, o, ümumi xəstəlik səbəbindən 05 mart 2003-cü il tarixdən etibarən müddətsiz İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlil və əmək qabiliyyətsizdir, əlillik statusu qüvvədədir. Bundan başqa, Ərizəçi atası X6 24 noyabr 2020-ci ildə ölmüşdür. Bundan başqa, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixdə təcavüzkar Ermənistan Respublikası tərəfindən işğal olunan zaman Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozun arxiv sənədləri işğal zonasında qalmış və bu səbəbdən də, hal-hazırda arxivdə olmadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhz bu illərin X6 iş stajına daxil edilməsi mümkün olmamışdır. Bundan başqa, Ərizəçi vəfat etmiş atası X6 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə ərizə tələbi ilə bağlı hesab edir ki, Ərizəçi 18 yaşı çatanadək əlilliyi müəyyən olunmuş və 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyinə görə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi məqsədilə “vəfat etmiş valideyninin əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Məhkəmə ərizə tələbi ilə bağlı hesab edir ki, Ərizəçi vəfat etmiş atası X6 1980-ci il tarixdən 23 avqust 1993-cü il Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, o, ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, Ərizəçi vəfat etmiş atası X6 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, vəfat etmiş X6 1980-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarın 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir... Həmin Qərarın 1.4-cü bəndində qeyd edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 13.1-ci bəndində qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığorta olunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2 və 3.2.2-ci bəndlərinin tələblərinə əsasən 2006cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən mülki iş üzrə mübahisənin həlli zamanı tərəflərin izahatları aşağıdakı əsas xüsusiyyətlərə malik olmalıdır ki, məhkəmə onları etibarlı qəbul etsin: 1. Ardıcıl və dəyişməz olmalıdır – Əgər bir tərəfin izahatı məhkəmənin müxtəlif mərhələlərində fərqli məzmun daşıyırsa, bu, həmin tərəfin iddiasının və ya etirazının inandırıcılığını azaldır. 2. Məntiqli və inandırıcı olmalıdır – Əgər bir tərəfin izahatı məntiqli və inandırıcı deyildirsə, qeyd edilən məntiqə zidd görünür və hakimin bu arqumentə qarşı daxili inamını zəiflədir. 3. Ziddiyyətli olmamalıdır. Tərəflərin təqdim etdiyi izahatlarda daxili uyğunsuzluqların olması onların obyektivliyini şübhə altına alır. Əgər eyni tərəf müxtəlif vaxtlarda bir-birini təkzib edən açıqlamalar verirsə, bu, məhkəmənin həmin izahatlara inanmasını çətinləşdirir. Tutarsız, ziddiyyətli və məntiqsiz izahatlar məhkəmənin daxili inamınını formalaşmasında rol oynayır və tərəfin mövqeyinin zəifləməsinə səbəb olur. Buna görə də, hüquqi prosesdə tərəflərin izahatlarının ardıcıl, əsaslandırılmış və sübutlarla dəstəklənməsi onların mövqeyinin haqlı olmasını təmin edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, vəfat etmiş X6 1980-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi vəfat etmiş atası X6 1980-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozda işləməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov