Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-694/2024 29.11.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. X16 onun atası, X13 anasıdır. X5 1904-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Valideynləri 04 dekabr 1953-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. X4 1995-ci ildə vəfat etmişdir. Onlar ailədə 6 (altı) uşaq-3 (üç) bacı və 3 (üç) qardaş olmuşlar, ailə kimi Cəbrayıl rayonu, Süleymanlı kəndində yaşamışlar. Təcavüzkar Ermənistan Respublikasının Azərbaycan Respublikasının torpaqlarını məlum işğalı ilə bağlı 1993-cü il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı Cəbrayıl rayonunu tərk edərək, Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşmışdır. Eyni zamanda bildirir ki, 1993-cü ilin avqust ayında Cəbrayıl rayonu, Süleymanlı kəndi Ermənistan hərbçiləri tərəfindən işğal edilməmişdən əvvəl onlar atası X2 tərk etməsini xahiş etsələrdə, lakin o, qəti şəkildə kənddən çıxmayacağını və kənddə qalacağını bildirmişdir. O da X4 və digər ailə üzvləri ilə birlikdə yaşadıqları Cəbrayıl rayonu, Süleymanlı kəndini tərk etmək məcburiyyətində qalmışdır. Beləliklə, X5 23 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonu, Süleymanlı kəndi təcavüzkar Ermənistan Respublikasının hərbçiləri tərəfindən işğal zaman itkin düşmüşdür. Hətta X3 itkin düşməsi faktı, yəni itkin düşmüş şəxs kimi Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən qeydiyyata alınmışdır. Eyni zamanda bildirir ki, əvvəllər X5 ilə bağlı şəhid statusu almaq barədə məlumatlı olmamışlar. X3 ruhunun şad olması və adının əbədiləşdirilməsi üçün bir övlad kimi şəhid statusu almağı özünə borc bilir. O, X11 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımı sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. X3 ölmüş elan edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi şəhid statusunun əldə edilməsidir. Bu səbəbdən də, o, “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, XX.XX.1904-cü il təvəllüdlü, X3 ölmüş elan edilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi günün “şəxsin ölüm günü” sayılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8- 11/135/2024 saylı, 27 noyabr 2024-cü il tarixli məktub ilə məhkəməyə müraciət edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AZE 0******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olmuş və ünvan 2 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Seriya AA 296658 saylı, 14 avqust 2018-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi məcburi köçkün statusuna malikdir. İş materiallarında olan Maraqlı şəxs 09 avqust 2024-cü il tarixli arayışından görünür ki, X16 ilə X13 arasında 04 dekabr 1953-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 04 № ilə qeyd edilmiş və və nikah bağlandıqdan sonra arvada “İmanova” soyadı verilmiş, rəsmi nikah bağlanan zaman X10 49 yaşı tamam olmuşdir. İş materiallarında olan müvafiq qaydada təsdiq olunmuş İ-ИЕ 551432 №-li, 31 yanvar 1959-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X8 rəsmi nikahından xx xxxxxx 1959-cu ildə “XudiyevaPəri Əyyub qızı” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq olunmuş İV-ЖГ 425932 №-li, 20 noyabr 1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 19 sentyabr 1995-ci ildə ölmüş və bu barədə akt qeydləri kitabında 1174 № ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 19-3/2-2-366/2024 saylı, 02 avqust 2024-cü il tarixli arayışından görünür ki, X16 23 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonu, Süleymanlı kəndinin Ermənistan hərbçiləri tərəfindən işğalı zamanı itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən qeydiyyata alınmış və axtarışdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3/16- 5/8-91/2024 saylı, 02 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi X3 ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. O, ünvan 3 ünvanda qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. X16 onun atası, X13 anasıdır. X5 1904-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Valideynləri 04 dekabr 1953-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. X4 1995-ci ildə vəfat etmişdir. Onlar ailədə 6 (altı) uşaq olmuş və ailə kimi Cəbrayıl rayonu, Süleymanlı kəndində yaşamışlar. Təcavüzkar Ermənistan Respublikasının Azərbaycan Respublikasının torpaqlarını məlum işğalı ilə bağlı o, 1993-cü il tarixdə ailə üzvləri ilə birlikdə yaşadıqları Cəbrayıl rayonunu tərk edərək, Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşmışdır. Eyni zamanda bildirir ki, 1993-cü ilin avqust ayında Cəbrayıl rayonu, Süleymanlı kəndi Ermənistan hərbçiləri tərəfindən işğal edilməmişdən əvvəl onlar atası X2 tərk etməsini xahiş etsələrdə, lakin o, kənddən çıxmayacağını bildirmişdir. Özləri isə yaşadıqları Cəbrayıl rayonu, Süleymanlı kəndini tərk etmək məcburiyyətində qalmışlar. Beləliklə, X5 23 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonu, Süleymanlı kəndi təcavüzkar Ermənistan Respublikasının hərbçiləri tərəfindən işğal zaman itkin düşmüşdür. Məhkəmə ərizə tələbi ilə bağlı hesab edir ki, Vətən müharibəsi (2-ci Qarabağ müharibəsi) zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən 04 oktyabr 2020-ci il tarixdə Cəbrayıl şəhəri, müharibənin sonrakı günlərində Cəbrayıl rayonu və işğal edilmiş digər rayon və şəhərlərimiz erməni işğalından azad edildiyi, 10 noyabr 2020-ci il tarixdən Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə 10 noyabr 2020-ci il tarixli Bəyanat imzalandığı, eləcə də 19-20 sentyabr 2023-cü il tarixlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildiyi üçün hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş XX.XX.1904-cü il təvəllüdlü X16 hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdiyinə görə, hətta onun hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən hallar nəzərə alınmaqla, bu müddət bitməzdən əvvəl (lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq...) məhkəmə qaydasında ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24.1-ci mаddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25.1-ci mаddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci mаddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 519 saylı, 15 noyabr 2004-cü il Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3589 saylı, 17 noyabr 2022-ci il tarixli Sərəncamından görünür ki, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilmişdir: “Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Komissiyanın üzvləri Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikası X1 X7 Şurasının sədri, Azərbaycan Respublikası Minatəmizləmə X14 sədrinin müavini, Azərbaycan Dövlət informasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Komissiyanın katibi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri”. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında” Əsasnamənin İİ hissəsinin 2.1-ci bəndinə əsasən Komissiya aşağıdakı vəzifələri həyata keçirir: - Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir; - əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir; - Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir; - əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır; əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür; - əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir; - Cenevrə Konvesiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir; - əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir; - əsirlikdən və girovluqdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiyası üçün tədbirlər görür; - əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla elaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir; - Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür; - hərbi təcavüz nəticəsində Azərbaycan Respublikasına ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində cəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir; - Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır; - Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir. Həmin Əsasnamənin İİİ hissəsinin 3.1-ci bəndinə əsasən Komissiya öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: -vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarından lazımi materiallar alır, onların məlumatlarını komissiyanın iclaslarında dinləyir; - səlahiyyətinə aid məsələlər üzrə, o cümlədən əsir düşmüş və girov götürülmüş şəxslərin dəyişdirilməsi haqqında qərarlar qəbul edir; - müvafiq dövlət orqanlarının, müəssisə və təşkilatların mütəxəssislərini komissiyanın işinə cəlb edir; əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar müvafiq dövlət orqanlarına, beynəlxalq və qeyri hökumət ictimai təşkilatlarına sorğular göndərir və daxil olan sorğulara cavab verir; - Komissiyanın fəaliyyətinin təmin edilməsi məqsədi ilə yaradılmış işçi qrupuna müvafiq tapşırıqlar verir və onların həyata keçirilməsinə nəzarət edir; - mütəmadi olaraq işçi qrupunun hesabatlarını dinləyir; - vəzifələrindən irəli gələn digər hüquqları həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, “şəxsin ölmüş elan edilməsi” üçün qanunla nəzərdə tutulmuş hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün ərizə təmin edilməli, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 23 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonu, Süleymanlı kəndinin Ermənistan hərbçiləri tərəfindən işğalı zamanı itkin düşmüş şəxs kimi qeydiyyata alınmış və axtarışda olan XX.XX.1904-cü il təvəllüdlü X16 ölmüş elan edilməli və qətnamənin qanuni qüvvəyə mindiyi gün şəxsin ölüm günü sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 23 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonu, Süleymanlı kəndinin Ermənistan hərbçiləri tərəfindən işğalı zamanı itkin düşmüş şəxs kimi qeydiyyata alınmış və axtarışda olan XX.XX.1904-cü il təvəllüdlü X16 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X10 ölüm günü sayılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-694/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-694/2024
29.11.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver