Məhkəmə qərarları › İş №2(073)-1031/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1031/2023

10.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1031/2023 10.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İddiaçı, İddiaçı Bəhlul oğlunun, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailəsi ilə birlikdə ona (iddiaçıya) məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla, mənzilin onlara məxsus əşyalardan boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, hazırda qeydiyyatda olduğu mənzil dövlət tərəfindən ona 1994-cü ildə verilmişdir. Həmin mənzil tərəfindən özəlləşdirilərək, xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına çıxarış verilmişdir. O (iddiaçı) mütəmadi olaraq Bakı şəhərində yaşadığı üçün hazırda ona məxsus mənzildə oğlunun (iddiaçının) keçmiş həyat yoldaşı Cavabdeh iki uşağı ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə o (iddiaçı) hər il olduğu kimi bayram və tətil günlərində özünə məxsus evə gəlmişdir. Keçmiş gəlini, yəni cavabdeh heç bir səbəb olmadan onu evinə buraxmaq istəməmişdir. Buna etiraz etdikdə, cavabdeh 102 xidmətinə zəng vuraraq ondan şikayət etmişdir. Polis əməkdaşları gəlmiş və onların izahatlarını dinlədikdən və mənzilin hüquqmüəyyənedici sənədlərini gördükdən sonra şikayəti əsassız hesab etmişlər. Lakin cavabdeh və övladları onun barəsində nalayiq ifadələr işlətdiyindən orada qalmağa utanmış və Bakı şəhərinə qayıtmışdır. Bundan sonra mübahisəni məhkəmə qaydasında həll etmək qərarına gəlmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddisanın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddianı etiraf eməyərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh iddiaçının oğlu X12 ilə rəsmi nikahda olmuş, sonradan Cəlilabad Rayon Məhkəməsinin 2 (073)-146/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hal-hazırda cavabdeh öz övladları ilə birlikdə mübahisəli mənzildən istifadə edir. Cavabdehin və onun yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildən istifadə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdehin pasport qeydiyyatı ünvan 2 ünvanına olsa da daşınmaz əmlak sonradan dövlət reyestrində qeydiyyata alındıqdan sonra ünvan 1 kimi qeyd olunmuşdur. Başqa sözlə, cavabdeh və onun yetkinlik yaşına çatmamış uşaqları hal-hazırda həmin mənzildə qeydiyyatdadaırlar. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** reyestr nömrəli çıxarışın notorial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Elektron notariat X1 çıxarışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 1 saylı mənzildə qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 2 (073)-146/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X12 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 22 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 anası Cavabdeh yanında qalmalarının müəyyən edliməsi qət edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, Qaçayeva X3 şəhəri 20 Yanvar küçəsi 08 ünvanında qeydiyyatdadır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-2606/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X8 qarşı ümumi birgə əmlakdan payın müəyyən olunması tələbinə dair iddiası təmin edilərək, "xxxx" MMC tərəfindən işnşa edilmiş Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən 4 saylı yaşayış binasının 17 saylı mənzilinin 1/2 hissəsinə X7, 1/2 hissəsinə isə Cavabdeh payları müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, lakin Cəlilabad rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-204 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Həmin mənzil (yeni ünvan: ünvan 1) üzərində X7 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, lakin Cəlilabad rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-668 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir. Həmin mənzil üzərində İddiaçı Bəhlul oğlunun mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçının oğlu X10 ilə rəsmi nikahda olmuş, Cəlilabad rayon Məhkəməsinin 2 (073)-146/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuşdur. Cavabdeh ilə Anar Abdullayev arasında olan nikah pozulduqdan sonra da cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan Cəlilabad şəhəri, 20 Yanvar küçəsi bina 120 ünvanında yerləşən 1 saylı mənzildə yaşamaqda davam etmişdir. İddiaçı mülkiyyətində olan mənzildə yaşamaq istəsə də, cavabdeh buna imkan verməmiş və iddiaçını mülkiyyətində olan mənzilə buraxmamışdır. Məhkəmə iclasında həmçinin, müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-2606/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X8 qarşı ümumi birgə əmlakdan payın müəyyən olunması tələbinə dair iddiası təmin edilərək, "xxxx" MMC tərəfindən işnşa edilmiş Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən 4 saylı yaşayış binasının 17 saylı mənzilinin 1/2 hissəsinə X7, 1/2 hissəsinə isə Cavabdeh payları müəyyən edilmişdir. Lakin cavabdeh mülkiyyətində yaşayış sahəsi olmasına baxmayaraq iddiaçının mükiyyətində olan mənzildən çıxmaqdan imtina etmiş və buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X5 X2 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən çıxmaqdan imtina etməsi və həmin mənzili boşaltması əsaslı sayıla bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdehin mülkiyyətində yaşayış sahəsi (mənzil) var və cavabdeh öz mülkiyyətində olan həmin mənzilə köçərək, orada yaşamaq və mənzildən istifadə etmək hüququna malikdir. Belə halda cavabdehin iddiaçıya məxsus mənzildə iddiaçının iradəsinə zidd olaraq yaşaması və istifadə etməsi iddiaçının öz mülkiyyətində olan mənzildən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır və bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə (yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X13 ilə birlikdə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılsınlar və həmin mənzildən onlara məxsus əşyalar boşaldılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumü alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar