Məhkəmə qərarları › İş №2(073)-104/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-104/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-104/2024 19.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı2, Mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı 11 iyun 2023-cü il tarixli, 8i-6038 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2023-cü il tarixli, 8i-6038 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, verdiyi izahatında bidirdi ki, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin 11 iyun 2023-cü il tarixli, 8i-6038 nömrəli icra qeydinə əsasən ondan və digər İddiaçı1 müştərək qaydada cəmi 111335,72 manat "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Həmin icra qeydi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 07 iyul 2023-cü il tarixli qərarı ilə icraata başlanılmışdır. "xxxx" KB ASC ilə İddiaçı1 arasında kredit müqaviləsi bağlanmış və hazırki iş üzrə borclu İddiaçı1dur. Onun isə hər hansı bir bir kredit öhdəliyi olmadığı halda hazırki iş üzrə borclu qismində tanınmış, icra məmuru da qərarında onun bütün əmlaklarına həbs qoyulacağını və tələbin həmin əmlaklara yönəldiləcəyini qeyd etmişdir. Digər tərəfdən hazırki iş üzrə ümumiyyətlə icraata başlamaq haqqında qərar qəbul olunmalı deyldir ona görə ki, iş üzrə borclu İddiaçı1 krediti tək özü götürmüş və götürdüyü krediti də vaxtında ödəyir. Bundan əlavə, qanunvericiliyin tələblərinə müvafiq olaraq ona və digər İddiaçı1 Cəlilabad rayonu 1 saylı Notariat Ofisi və "xxxx" KB ASC tərəfindən hər hansı bildiriş, xəbərdarlıq (pretenziya) göndərilməmiş, bu da icra qeydinin ləğv olunması üçün əsasdır. Bu səbəbdən hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Sonda İddiaçı2 qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X3 verdiyi izahatında bidirdi ki, "xxxx" KB ASC ilə borclu İddiaçı1 arasında xx.xx.2020-ci il tarixli, 06DM/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 06DM/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə, xx.xx.2026-cı il tarixədək 1226,75 manat komissiya ödəmək şərti ilə faizsiz, 122675 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 1 nömərli saziş ilə əsas kredit müqaviləsinə dəyişiklər edilərək, əsas kredit müqaviləsi ipoteka müqavilələri ilə təmin edilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 29 saylı notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, 06DMİ/20 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan Abşerob rayonu, Xırdalan şəhəri, Niyazi küçəsi 0,0155 ha torpaq sahəsində yerləşən 61.8 kv.m sahədən ibarət 23A saylı fərdi yaşayış evi (yeni qaydalarla: Abşerob rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsi 0,0155 ha torpaq sahəsində yerləşən 61.8 kv.m sahədən ibarət 18A saylı fərdi yaşayış evi) "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. xx.xx.2020-ci il tarixli 06DMİ/20 nömrəli ipoteka müqaviləsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində **********64-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə danşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tuutlmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı1 xx.xx.2023-cü il tarxili maliyyə arayışına əsasən 06DM/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 111335,72 manat, faiz borcu 0 manat, cərimə borcu üzrə 0 manat olmaqla, cəmi 111335,72 manat borcu yaranmışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı2 qeydiyyatda olduğu və ipoteka predmeti olan əmlakın ünvanına ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş, İddiaçı1 qeydiyyatda olduğu ünvana isə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və həmin bildirişlər imzalanaraq qəbul edilmişdir. xx.xx.2023 tarixdə isə Azərbaycan Respublikası ƏMDK yanına DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Bu səbəblərə görə iddianı əsassız hesab edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 və cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə İddiaçı1, cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin və üçüncü şəxs Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, 06DM/20-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı1 60 ay müddətinə, xx.xx.2026-cı il tarixədək 1226,75 manat komissiya ödəmək şərti ilə faizsiz, 122675 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən İddiaçı2 ünvanlanmış, hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC borcluya Azərbaycan Respublikası İpoteka Haqqında Qanununun 31 və 36-cı maddələrinə əsasən icra edilməmiş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduruna başlandığını bildirmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli borcun ödənilməsi haqqında bildirişdən görünür ki, "xxxx" KB ASC borcluya xx.xx.2023-cü il tarxili maliyyə arayışına əsasən 06DM/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 111335,72 manat, faiz borcu 0 manat, cərimə borcu üzrə 0 manat olmaqla, cəmi 111335,72 manat borcunun yarandığı bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşerob rayonu, Xırdalan şəhəri, Niyazi küçəsi 0,0155 ha torpaq sahəsində yerləşən 61.8 kv.m sahədən ibarət 23A saylı fərdi yaşayış evi (yeni qaydalarla: Abşerob rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsi 0,0155 ha torpaq sahəsində yerləşən 61.8 kv.m sahədən ibarət 18A saylı fərdi yaşayış evi) İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş və 03 iyul 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı2 xüsusi mülkiyyətində olan Abşerob rayonu, Xırdalan şəhəri, Niyazi küçəsi 0,0155 ha torpaq sahəsində yerləşən 61.8 kv.m sahədən ibarət 23A saylı fərdi yaşayış evi (yeni qaydalarla: Abşerob rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsi 0,0155 ha torpaq sahəsində yerləşən 61.8 kv.m sahədən ibarət 18A saylı fərdi yaşayış evi) xx.xx.2020-ci il tarixli, 06DM/20 saylı əsas kredit müqaviləsinə əsaən 120 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməklə, 28 dekabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 reysterdə 8i-6038 № ilə qeydə aldığı 11 iyun 2023-cü il tarixli icra qeydindən görünür ki, İddiaçı1 və İddiaçı2 - İddiaçı2 mülkiyyətində və ipoteka predmeti olan Abşerob rayonu, Xırdalan şəhəri, Niyazi küçəsi 0,0155 ha torpaq sahəsində yerləşən 61.8 kv.m sahədən ibarət 23A saylı fərdi yaşayış evi (yeni qaydalarla: Abşerob rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsi ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi, öhdəliyi müəyyən edən 06DM/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş əsas kredit borcu üzrə 111335,72 manat, faiz borcu 0 manat olmaqla, cəmi tutulmalı məbləğ 111335,72 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə borclu İddiaçı1 arasında xx.xx.2020-ci il tarixli, 06DM/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 06DM/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə, xx.xx.2026-cı il tarixədək 1226,75 manat komissiya ödəmək şərti ilə faizsiz, 122675 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 1 nömərli saziş ilə əsas kredit müqaviləsinə dəyişiklər edilərək, əsas kredit müqaviləsi ipoteka müqavilələri ilə təmin edilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 29 saylı notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, 06DMİ/20 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan Abşerob rayonu, Xırdalan şəhəri, Niyazi küçəsi 0,0155 ha torpaq sahəsində yerləşən 61.8 kv.m sahədən ibarət 23A saylı fərdi yaşayış evi (yeni qaydalarla: Abşerob rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsi 0,0155 ha torpaq sahəsində yerləşən 61.8 kv.m sahədən ibarət 18A saylı fərdi yaşayış evi) "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. xx.xx.2020-ci il tarixli 06DMİ/20 nömrəli ipoteka müqaviləsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində **********64-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə danşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tuutlmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı1 xx.xx.2023-cü il tarxili maliyyə arayışına əsasən 06DM/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 111335,72 manat, faiz borcu 0 manat, cərimə borcu üzrə 0 manat olmaqla, cəmi 111335,72 manat borcu yaranmışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı2 qeydiyyatda olduğu və ipoteka predmeti olan əmlakın ünvanına ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş, İddiaçı1 qeydiyyatda olduğu ünvana isə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və həmin bildirişlər imzalanaraq qəbul edilmişdir. xx.xx.2023 tarixdə isə Azərbaycan Respublikası ƏMDK yanına DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Borcluya kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmələri ilə bağlı şifahi və yazılı qaydada xəbərarlıq edilməsinə baxmayaraq o, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. "xxxx" KB ASC tərəfindən icra qeydinin aparılması üçün Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X4 ərizə ilə müraciət edilmiş və 11 iyun 2023-cü il tarixdə Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən icra qeydi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının İpoteka Haqqında Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. “İpoteka Haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi "xxxx" KBASC-nin tələbi ilə Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin tərəfindən icra edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi və kredit borcunun ödənilməsi haqqında icra qeydi qanuni əsaslarla və müddətlərdə aparılmış, məhkəmə iclasında həmin icra qeydinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən iddianın əsassız olması qənaətinə gələrək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı 11 iyun 2023-cü il tarixli, 8i-6038 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı 11 iyun 2023-cü il tarixli, 8i-6038 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar