Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-104/2025 23.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və təndirxananın sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və təndirxananın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş 0.23 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması və zəbt edilmiş torpaq sahəsinin üzərində inşa edilmiş təndirxananın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, AR DƏMDK yanında DƏDRX-nin xx.xx.2024-cü il tarixli **********26-10301 saylı çıxarışı ilə iddiaçıya Cəlilabad rayonu Kazımabad kənd ərazisindən yaşayış təyinatlı torpaq sahəsindən 0.23 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsini Cavabdeh zəbt edərək təndirxana tikmişdir. Dəfələrlə əlində olan şəhadətnaməni cavabdehə göstərmiş və bildirmişdir ki, bura onun mülkiyyətindədir, lakin cavabadeh ona qarşı qərəzli hərəkətlər etmiş, xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulur. Belə ki, mülkiyyətində olan torpaq sahəsini mülkiyyətçi kimi istifadə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, əslində ona verilmiş çıxarışda nöqsanlar var, əmlak komitəsi çıxarışı verərkən yanlışlığa yol verib ki, nəticədə də hazırki mübahisə yaranıb. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə qonşudurlar. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Özünə məxsus olan torpaq sahəsindən istifadə edir. Təndirxananın iddiaçıya heç bir maneçiliyi yoxdur. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli **********26-10301 saylı çıxarışdan görünür ki, Cəlilabad rayon Kazımabad kəndi ərazisində yerləşən 0.23 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasından olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/2130 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-6885/2024 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarının naturada yerləşmə vəziyyətinə əsasən **********26- 10301 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətə verilmiş 0.23 ha kənd həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi, həmin 0.23 ha kənd həyətyanı torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən təndirxana və ya hər hansı bir tikilinin inşa edilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli **********26-10301 saylı çıxarışa əsasən iddiaçının mülkiyyətinə 0.23 ha kənd həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsini Cavabdeh tərəfindən zəbt edərək təndirxana tikildiyini iddia edir. Buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, habelə həmin hal ekspert rəyi və cavabdehin izahatı ilə təkzib edilmişdir. İşdə olan ekspert rəyindən də görünür ki, iddiaçının torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmiş, həmin sahədə cavabdeh tərəfindən hər hansı tikili inşa edilməmişdir. İddiaçı məhkəmə iclasında ona verilmiş reyestr çıxarışında problemlər olduğunu, mübahisənin də bundan yarandığını bildirmişdir ki, məhkəmə tərəfindən ona müvafiq çıxarışı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-104/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-104/2025
23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver