Məhkəmə qərarları › İş №2(073)-105/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-105/2025

07.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-105/2025 07.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin JN-1099F, kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun (iddiaçının) mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması və cavabdehin istifadəsi kimi plana alınmış mübahisəli həyətyanı torpaq sahəsinin hüdudları daxilində tikilmiş 158 kv.m fərdi yaşayış evinin və 34,92 kv.m təşkil edən təsərrüfat tikilisinin sökülməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh JN- 1099F, kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun (iddiaçının) mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh JN-1099F, kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun (iddiaçının) mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması və cavabdehin istifadəsi kimi plana alınmış mübahisəli həyətyanı torpaq sahəsinin hüdudları daxilində tikilmiş 158 kv.m fərdi yaşayış evinin və 34,92 kv.m təşkil edən təsərrüfat tikilisinin sökülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonunda doğulmaqla boya-başa çatmışdır. Uzun illərdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarına əsasən ona və ailə üzvlərinə Cəlilabad şəhəri ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-1099F, Kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində özlərinə məxsus fərdi yaşayış evi inşa etməklə orada yaşamaq qərarına gəlmişdir. Cəlilabad şəhərinə qayıdaraq həmin torpaq sahəsini dövlət qeydiyyatına aldırmaq və üzərində fərdi yaşayış evi inşa etmək istəmişdir. Lakin, Cəlilabad şəhərində olarkən həmin həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini görmüşdür. Cavabdehə xəbərdarlıq etsə də, ona torpaq sahəsindən istifadə etməyə imkan vermədi. Cavabdehin qanunsuz əməllərinə görə onların mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehə torpağın qaytarılması barədə xəbərdarlıqlar etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına və iş üçün əhəmiyyətli olan sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-1099F, kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X5, İddiaçı, X10, X11, X1, X3, X7, X8 və X6 birgə mülkiyyətlərinə Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli, 10/4654 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 11 iyun 2025-ci il tarixli, 33-21-3-44/2-3899/2025 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tələb etdiyi torpaq sahəsi Cəlilabad rayon Cəlilabad şəhər Bakı təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə görə sözügedən mübahisəli torpaq sahəsi İddiaçı və digər ailə üzvlərinə JN-1099F saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Cəlilabad rayon Cəlilabad şəhər Bakı təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə görə iddiaçı X4 tələb etdiyi JN-1099F saylı şəhadətnamə ilə ona və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0,12 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Cavabdeh fiziki sərhədlər daxilində faktiki istifadə kimi plana alınmış 0,1612 ha torpaq sahəsinin hüdüdları daxilində yerləşdiyi müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddia tələbinə görə cavabdehin istifadəsi kimi plana alınmış mübahisəli 0,1612 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində 158,0 kv.m fərdi yaşayış evi və 34,92 kv.m təşkil edən təsərrüfat tikilisinin mövcud olduğu, qalan hissəsi isə həyətyanı torpaq sahəsi kimi istifadə edildiyi müəyyənləşdirildilmişdir. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh JN-1099F, kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasında Cəlilabad şəhər ərazisndə X5, İddiaçı, X10, X11, X1, X3, X7, X8 və X6 birgə mülkiyyətlərində olan 0,12 ha həyətyanı torpaq sahəsini zəbt etmiş və rəyə əlavə edilmiş yerquruluşu planından göründüyü kimi həmin torpaq sahəsinin hüdudları daxilində 158 kv.m fərdi yaşayıv evi və 34,92 kv.m təsərrüfat tikilisi tikilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin JN-1099F, kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun (iddiaçının) mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması və cavabdehin istifadəsi kimi plana alınmış mübahisəli həyətyanı torpaq sahəsinin hüdudları daxilində tikilmiş 158 kv.m fərdi yaşayış evinin və 34,92 kv.m təşkil edən təsərrüfat tikilisinin sökülməsi tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli, 10/4654 saylı ekspert rəyini obyektiv və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, JN-1099F, kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və digərlərinin birgə mülkiyyətlərində olan 0,12 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılmalı, cavabdehin istifadəsi kimi plana alınmış mübahisəli həyətyanı torpaq sahəsinin hüdudları daxilində tikilmiş 158 kv.m fərdi yaşayış evi və 34,92 kv.m təşkil edən təsərrüfat tikilisi Cavabdeh öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli, zəbt olunmuş 0,12 ha həyətyanı torpaq sahəsi boşaldılaraq İddiaçı mülkiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. JN-1099F, kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və digərlərinin birgə mülkiyyətlərində olan 0,12 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılsın, cavabdehin istifadəsi kimi plana alınmış mübahisəli həyətyanı torpaq sahəsinin hüdudları daxilində tikilmiş 158 kv.m fərdi yaşayış evi və 34,92 kv.m təşkil edən təsərrüfat tikilisi Cavabdeh öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün, zəbt olunmuş 0,12 ha həyətyanı torpaq sahəsi boşaldılaraq İddiaçı mülkiyyətinə qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar