Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1059/2025 08.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi doğumun faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası Ərizəçi, anası Məmmədova Hicran Məmi qızı olmaqla X4 30 dekabr 2017-ci il tarixdə Ukrayna Respublikası Odessa şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X10 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, ərizəçi Abbasov X6 Hicran Məmi qızı ilə 2015-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar, lakin sonradan nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikahından uşaqları 20 aprel 2016-cı il tarixdə Mətanət və 30 dekabr 2017-ci il tarixdə isə Rəvan doğulmuşdur. Ərizəçi ailə qurduqdan sonra, işi ilə əlaqədar ailəsi ilə birlikdə Ukrayna Respublikasının Odessa şəhərinə gedərək orada yaşadıqları üçün, uşaqların hər ikisi Odessa şəhərində doğulmuşlar. 30 dekabr 2017-ci il təvəllüdlü Rəvan adlı uşaq doğulduqdan sonra, ərizəçi və həyat yoldaşı səhlənkarlıq edərək qeydiyyat orqanına müraciət etməmişlər və buna görə də Rəvan adlı uşağa hazıradək doğum haqqında şəhadətnamə almamışlar. Bəzi sənədləşmə işlərinin aparılması üçün Rəvan adlı uşağa doğum haqqında şəhadətnamə lazım olduğu üçün Maraqlı şəxsnə müraciət edərək doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Lakin oradan ərizəçiyə bildirilmiş ki, doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət olunmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi Abbasov X6 Hicran Məmi qızı ilə 2015-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikahından uşaqları 20 aprel 2016-cı il tarixdə Mətanət və 30 dekabr 2017-ci il tarixdə isə Rəvan doğulmuşdur. Ərizəçi ailə qurduqdan sonra, işi ilə əlaqədar ailəsi ilə birlikdə Ukrayna Respublikasının Odessa şəhərinə gedərək orada yaşadıqları üçün, uşaqların hər ikisi Odessa şəhərində doğulmuşlar. 30 dekabr 2017-ci il təvəllüdlü Rəvan adlı uşaq doğulduqdan sonra, qeydiyyat orqanına müraciət etməmişlər və buna görə də Rəvan adlı uşağa hazıradək doğum haqqında şəhadətnamə almamışlar. O, təsdiq edir ki, X4 30 dekabr 2017-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi Abbasov X6 Hicran Məmi qızı ilə 2015-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikahından uşaqları 20 aprel 2016-cı il tarixdə Mətanət və 30 dekabr 2017-ci il tarixdə isə Rəvan doğulmuşdur. Ərizəçi ailə qurduqdan sonra, işi ilə əlaqədar ailəsi ilə birlikdə Ukrayna Respublikasının Odessa şəhərinə gedərək orada yaşadıqları üçün, uşaqların hər ikisi Odessa şəhərində doğulmuşlar. O, X4 30 dekabr 2017-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində doğulmasını təsdiq edir. İşdə olan AZE 11309500 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasova Mətanət 20 aprel 2016-cı il tarixdə doğulmuş, atası Ərizəçi, anası isə Hicran Məmmədovadır. İşdə olan Cəlilabad RİHB-nın Mikayıllı KİƏDÜN tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli, 5-41/”-xx-xx/2023 saylı arayışdan görünür ki, Abbasov X7 rayonu Mikayıllı kəndində qeydiyyatdadır və 20 aprel 2016-cı il təvəllüdlü qızı X5 və 30 dekabr 2017-ci il təvəllüdlü oğlu X11 ilə birlikdə Mikayıllı kəndində yaşayırlar. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi 30 dekabr 2017-ci il tarixdə doğulmuş oğlu X4 doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün onun doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, atası Ərizəçi, anası Məmmədova Hicran Məmi qızı olmaqla X11 30 dekabr 2017-ci ildə Ukrayna Respublikasının Odessa şəhərində doğulmuşdur. X11 doğulan vaxt valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə oğlu X9 doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, atası Ərizəçi, anası Məmmədova Hicran Məmi qızı olmaqla X4 30 dekabr 2017-ci il tarixdə Ukrayna Respublikası Odessa şəhərində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Atası Ərizəçi, anası Məmmədova Hicran Məmi qızı olmaqla X4 30 dekabr 2017-ci il tarixdə Ukrayna Respublikası Odessa şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1059/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1059/2025
08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver