Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-106/2024 03.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən zəbt edilmiş 0,03 ha torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və torpaq üzərində inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş 0,03 ha torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və torpaq üzərində inşa edilmiş tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında İddiaçı iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, ona AR DƏMDK yanında DƏDRX-nin 30 iyun 2022-ci il tarixli **********91 saylı çıxarışı ilə 0,03 yaşayış məntəqələrinin torpağından ona həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi üzərində 5 daş üstündə tikinti aparmışdır. Lakin maddi imkanı olmadığı üçün tikinti işlərini tamamlaya bilməmişdir. O, Bakı şəhərində uşaqları ilə birlikdə yaşadığı üçün baxımsız qalan həyətdə keçmiş kürəkəni fürsətdən istifadə edərək, onun razıığı oladan həmin torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparır. Cavabdeh dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh tikinti işlərini davam etdirir. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh tərəfindən zəbt edilmiş 0,03 ha torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və torpaq üzərində inşa edilmiş tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı eitraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. İddiaçı Vliadə Sefiyevanın razılığı ilə orada tikinti işləri aparmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********91 nömrəli çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Cəlilabad şəhərində 0,03 hektar yaşayış məntəqələrinin topraqları təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-44/2-3541/2024 saylı mütəxəssis rəyindən görünür ki, **********91 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 0,03 ha torpaq sahəsinin 0,0286 ha hissəsindən Cavabdeh istifadə edir və həmin torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi üçün nəzərdə tutulmuş 68 kv.m (6,8x10,0) yarımtikili torpaq sahəsinin qərb hissəsində və 3,8 kv.m (2,04x1,86) sanitar qovşağı torpaq sahəsinin şərq hissəsində mövcuddur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/6279 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 16 iyul 2024-cü il tarixli, 3-21-3-44/2-3541/2024 saylı mütəxəssis rəyinə əsasən, **********91 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 0,03 ha torpaq sahəsinin 0,0286 ha hissəsindən Cavabdeh istifadə etdiyi müəyyən edilmişdir və həmin torpaq sahəsinin mərkəz hissəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi üçün nəzərdə tutulmuş 68 kv.m (6,8x10,0) yarımtikili, torpaq sahəsinin qərb hissəsində 3,8 kv.m (2,04x1,86) sanitar qovşağı inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********91 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə Cəlilabad şəhərində 0,03 hektar torpaq sahəsi vardır. Lakin Cavabdeh İddiaçı mülkiyyətində olan 0,03 torpaq sahəsinin 0,0286 ha hissəsini faktiki istifadə etməklə, həmin torpaq sahəsinin mərkəz hissəsində 68 kv.m (6,8x10,0) yarımtikili və torpaq sahəsinin qərb hissəsində 3,8 kv.m (2,04x1,86) sanitar qovşağı inşa etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin 0,0286 hissəsindən çıxarılmalı və torpaq sahəsinin mərkəz hissəsində inşa edilmiş 68 kv.m (6,8x10,0) yarımtikili və torpaq sahəsinin qərb hissəsində inşa edilmiş 3,8 kv.m (2,04x1,86) sanitar qovşağı cavabdehin hesabına sökülərək torpaq sahəsi iddiaçının mülkiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə Cavabdeh 95 (doxsan beş) manat alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin 0,0286 ha hissəsindən çıxarılsın və torpaq sahəsinin mərkəz hissəsində inşa edilmiş 68 kv.m (6,8x10,0) yarımtikili və torpaq sahəsinin qərb hissəsində inşa edilmiş 3,8 kv.m (2,04x1,86) sanitar qovşağı cavabdehin hesabına sökülərək torpaq sahəsi iddiaçının mülkiyyətinə qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinəgörə Cavabdeh 95 (doxsan beş) manat alınaraq İddiaçı verilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-106/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-106/2024
03.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver