Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1081/2025 04.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X4 xx.xx.1996-cı il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən, ərizəçinin övladı X7 xx.xx.1996-cı ildə Cəlilabad şəhərində anadan olmuşdur. xx.xx.1996-cı il tarixdə beyin daxili təzyiq səbəbdən vəfat etmişdir. Həmin vaxt Qeydiyyat şöbəsinə müraciət etməmişlər, ölüm haqqında şəhadətnamə almamışlar. Halhazırda oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oğlunun ölümünü haqqında həkim arayışı olmadığından ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında ərizəni müdafiə etmiş, göstərmişdir ki, müvafiq faktın müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün ərizəçi üçün zəruridir. Uşaq ailə qəbiristanlığında dəfn edilmişdir, lakin rəhmətə gedərkən 6 aylıq olduğu üçün məzar daşı qoyulmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı arvadıdır. Ərizəçinin hazırda iki qızı var, oğlu Afiq isə 1996-cı il tarixdə başında olan xəstəlik səbəbindən vəfat etmiş, köhnə qəbiristanlıqda dəfn edilmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etməmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçinin hazırda iki qızı var, oğlu 1996-cı il tarixdə xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin əri ilə həm qonşu, həm də dost olmuşdur. Ərizəçinin oğlu 1996-cı ilin sentyabr ayında öz evində rəhmətə gedib. Uşaq olarkən ərizəçinin əri qonaqlıq da vermişdi, lakin xəstəlik səbəbindən uşaq qısa müddət sonra vəfat etmişdir. İşdə olan Cəlilabad rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 ilə xx.xx.1995-ci il tarixdə nikah bağlamışlar, arvada Nuriyeva soyadı verilmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçinin xx.xx.1996-cı il təvəllüdlü oğlu X4 ölümü ilə əlaqədar Cəlilabad RMX PHŞ-də hər hansı qeydiyyat aparılmamışdır. Bu səbəbdən həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan TƏBİB X12 “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən X1 ünvanlanmış məktubdan görünür ki, onun qardaşı oğlu X4 ölümü ilə əlaqədar Cəlilabad RMX PHŞ-də hər hansı qeydiyyat aparılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu X7 xx.xx.1996-cı ildə xəstəlik səbəbindən 5 aylığında vəfat etmiş və Cəlilabad şəhər qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə vərəsəlik məsələsi ilə əlaqədar ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında həkim arayışı olmadığından həmin şöbədə oğlunun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və ərizəçinin müvafiq şəhadətnaməni digər qaydada almasının mümkünsüzlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək X4 xx.xx.1996-cı ildə Cəlilabad şəhərində ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 213, 216-220, 233 və 360-cı maddələrini, həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı ildə doğulmuş X4 xx.xx.1996-cı ildə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1081/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1081/2025
04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver