Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-111/2025 06.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli, **********30 reyestr nömrəli və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, **********0 reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Onun və ailə üzvlərinin mülkiyyətlərinə Üçtəpə kəndində 3,66 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli, **********30 reyestr nömrəli çıxarışa əsasən onların mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, Üçtəpə kəndində 0,13 ha pay torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, **********0 reyestr nömrəli çıxarışa əsasən onların mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Hər iki torpaq sahəsi onun (iddiaçının) və ailə üzvlərinin mülkiyyətindədir və eyni sərhədlər daxilində yerləşir. Torpaq sahələrinə dair plan və ölçü sənədləri tərtib edilmişdir. Lakin həmkəndlisi Cavabdeh həmin torpaq sahələrini uzun müddətdir zəbt edərək əkin işləri aparır və ona torpaq sahəsindən istifadə etməyə imkan vermir. Cavabdehin qanunsuz əməllərinə görə onların mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehə torpağın qaytarılması barədə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, onun və ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə JN 0074, kod 80620018 nömrəli Dövlət Aktı ilə 3,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, **********03 reyestr nömrəli çıxarışa əsasən onların mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsindən istifadə edir. İddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsini zəbt etməyib. Torpaq sürüşməsi nəticəsində müəyyən qarışıqlıqlar baş vermiş, torpaqlar üst-üstə düşmüşdür. Qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan: - JN 551, kod 80620018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə Cəlilabad rayonu Üç Təpə kəndi ərazisində yerləşən 3.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X10, İddiaçı, X2, X3, X6, X7, X8 ümumi birgə mülkiyyətinə verilmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 oktyabr 2022-ci il tarixli, **********30 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Üç Təpə kəndi ərazisində yerləşən 3.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X10, X2, X7, X6, X9 və X3 ümumi birgə mülkiyyətindədir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********50 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Üçtəpə kəndi ərazisində yerləşən 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X2, X6, X9, X7, X10 və X3 ümumi birgə mülkiyyətindədir; - JN 0074, kod 80620018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə Cəlilabad rayonu Üç Təpə kəndi ərazisində yerləşən 3.66 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh, X1, X12, X11, X4 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********03 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən 3.36 ha torpaq sahəsi Cavabdeh, X1, X12, X11, X4 və X5 ümumi birgə mülkiyyətindədir; - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Üçtəpə kəndi ərazisində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********30 (551/3,66) və **********50 (551A/0,13) reyestr nömrəli çıxarışlarla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair hüquqi və texniki sənədlərin JN-551, kod 80620018 nömrəli Dövlət Aktının bazasına istinadən hazırlanıb verildiyi, həmin torpaq sahələrinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 və 2021-ci il 07 oktyabr tarixli 1455 nömrəli Fərmanları əsasında aparılmış uçot işlərinin yekun nəticəsi olaraq yeni rəqəmsal kadastr xəritələrində, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında sərhədlərinin yerləşmə vəziyyətinin hüdudları daxilində döngə nöqtələrinin koordinatlarına uyğun hazırlanmış olduğu, iddiaçının mülkiyyətinə verilmiş 3.36 ha və 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə naturada yerləşmə vəziyyəti ilə cavabdeh kimi tanınan Cavabdeh və ailə üzvlərinə JN-0074, kod 80620018 nömrəli Dövlət Aktının bazası əsasında mülkiyyətə verilmiş 3.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyətinin üst-üstə düşmədiyi müəyyən edilmiş, sözügedən torpaq sahələrinin sənəd üzrə naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır; - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq islahatı zamanı mülkiyyətə verilmiş torpaqların hüquqi sənədlərində əks olunan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, qanunamüvafiq qaydada mülkiyyətçilər arasında torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 və 2021-ci il 07 oktyabr tarixli 1455 nömrəli Fərmanları əsasında aparılmış uçot işlərinin yekun nəticəsi olaraq yeni rəqəmsal kadastr xəritələrində, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına əsasən Cəlilabad rayonu Üçtəpə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 (JN-551/3.66) nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh faktiki istifadə kimi naturadan plana alınmış ərazinin hüdudları daxilində yerləşdiyi (eni 150.18 m; 122.56 m; 23.77 m və uzunluğu 265.51 m; 234.75 m) müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Rəyə xx.xx.2025-ci il tarixli yerquruluşu planı əlavə olunmuşdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaq islahatı zamanı mülkiyyətə verilmiş torpaqların hüquqi sənədlərində əks olunan göstəricilərlə faktiki istifadələrindəki məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, qanunamüvafiq qaydada mülkiyyətçilər arasında Torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 və 2021-ci il 07 oktyabr tarixli 1455 nömrəli Fərmanları əsasında aparılmış uçot işlərinin yekun nəticəsi olaraq yeni rəqəmsal kadastr xəritələrində, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına əsasən Cəlilabad rayonu Üçtəpə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 (JN-551/3,66) reyestr nömrəli Çıxarışla İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh faktiki istifadə kimi naturadan plana alınmış ərazinin hüdudları daxilində yerləşdiyi (eni 15.18 m:122.56 m; 23.77 və uzunluğu 266.51m ; 234.75m) müəyyən edilmişdir; - məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında izahatı alınmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisi Mahmudov Malik məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmənin qərardadına əsasən sözügedən torpaq sahələrinə baxış keçirilmişdir. Əraziyə tərəflərin iştirakı ilə keçirilmiş baxış nəticəsində iddiaçının mülkiyyətində olan hər iki torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmiş, bu barədə tərəflərindən rəy və yerquruluşu planı tərtib edilmişdir; - məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisi Əzizov Rauf digər mütəxəssis Malik Mahmudovun dediklərinə uyğun izahat vermişdir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli toraq sahələri (3.66 ha və 0.13 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********30 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli **********50 reyestr nömrəli Çıxarışlarla İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********03 reyestr nömrəli Çıxarışla isə həmin torpaq sahələrinə bitişik ərazidə 3.36 ha torpaq sahəsi Cavabdeh və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdeh özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən savayı torpaq sahəsindən də faktiki olaraq istifadə etməkdədir və həmin faktiki istifadədə olan torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahələrinin (3.36 ha və 0.13 ha) hüdudları daxilindədir, yəni cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahələrindən faktiki olaraq istifadə etməkdədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh faktiki istifadəsində olan həmin torpaq sahəsindən çıxarılmalı və həmin sahələr üzərində iddiaçının və onun ailə üzvlərinin sahiblik və istifadə hüquqları bərpa olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; - 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 oktyabr 2022-ci il tarixli, **********30 reyestr nömrəli və 26 iyul 2024cü il tarixli, **********0 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Cəlilabad rayonu Üçtəpə kəndi ərazisində yerləşən 3.66 ha və 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılsın və həmin sahələr iddiaçıya qaytarılsın. Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin dəqiq ərazisinin (sərhədlərinin və ölçülərinin) müəyyən edilməsi və cavabdehin həmin sahədən çıxarılması zamanı qətnamənin əsaslandırma hissəsində göstərilən, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli yerquruluşu planı nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qətnamə qanuni qüvvəsini alır. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-111/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-111/2025
06.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver