Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1156/2025 13.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi Allahşükür qızının, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs ƏƏSMN DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialı olmaqla "qaynataya qulluq edilməsi faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialı olmaqla "qulluq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 iyul 2002-ci il tarixdən 05 noyabr 2007-ci il tarixədək mərhum qaynatası X3 qulluq etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Cəlilabad rayonu Təzəkənd kəndində yaşayır. 27 sentyabr 1979-cu ildə X5 ilə el adətinə uyğun evlənməklə ailə həyatı qurmuş və həmin tarixdən ərinin valideynlərinə məxsus evdə yaşamışlar. 02 iyul 1932-ci il təvəllüdlü, onunla birlikdə yaşamış mərhum qaynatası X6 ahıl xəstəsi olduğu üçün 02 iyul 2002-ci il tarixdən 05 noyabr 2007-ci il tarixədək ona qulluq etmişdir. Yuxarıda göstərdiyi illərdə işləməyini təsdiq edən Cəlilabad rayonu Dövlət Arxivi tərəfindən verilmiş 08 dekabr 2017-ci il tarixli arayış, qaynatasına qulluq etməyini təsdiq edən 23 iyul 2022-ci il tarixli akt və bunları təsdiq edən şahidləri də vardır. O, pensiya almaq üçün DSMF-nun Cəlilabad rayon şöbəsinə müraciət etmiş, lakin DSMF-nun Cəlilabad rayon şöbəsi tərəfindən sənədləri geri qaytarılmaqla ona pensiya təyin edilməmişdir. Hazırda ondan asılı olmayan səbəblərdən həmin illərdə işləməyini təsdiq edən arxiv arayışının ona məxsus olması faktı tərəfindən müəyyən edilməsi mümkün deyildir. Lakin həmin faktı təsdiq edən müvafiq sənədləri ərizəyə əlavə edir. Qeyd olunanların nəzərə alınaraq təmin edilməsinə dair qətnamə şıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Allahşükür qızı ərizəni müdafiə edərək, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 ərizəçinin hansı illərdə qaynatasına qulluq etməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən ərizənin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşının arvadıdır. Ərizəçi onun (şahidin) ata-anasına 7-8 il qulluq edib, lakin dəqiq illəri xatırlamır. Atası təzyiq xəstəsi olub. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçini onun qonşusudur. Ərizəçi Orucun gəlini olub. Orucla qapıbir qonşu olublar. Yaşlı adam idi, infarkt keçirmişdi, ərizəçi ona qulluq edirdi. 1974-cü illərdə o (şahid), hərbi xidmətə gedib, həmin vaxtlar ərizəçi Oruca qulluq edirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsini izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İşdə olan Cəlilabad rayon Təzəkənd kəndi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ərizəçi Allahşükür qızı 02 iyul 2002-ci il tarixdən 05 noyabr 2007-ci il tarixədək mərhum qaynatası xx.xx.1932-ci il təvəllüdlü X3 xidmət etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X5 ilə X1 xx.xx.1979-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 saylı qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X6 05 noyabr 2007-ci il tarixdə vəfat etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X6 ilə X4 xx.xx.1964-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 39 saylı qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının ərizəçiyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun adına qüvvədə olan əmək müqaviləsi olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının Cəlilabad rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli etirazından görünür ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı (bundan sonra - Mərkəzi Filial) cəlb edilməklə “qulluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2(006)-1098/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Buna əsasən etirazlarını təqdim edirilər. Ərizəçi məhkəməyə müraciət etdiyi ərizəsində xahiş etmişdir ki, xx.xx.2002-ci il tarixdən 05.11,2007-ci il tarixə, yəni öldüyü günədək olan dövrdə onun mərhum qaynatasına qulluq etməsi fakt qismində tanınsın. İddiaçının ərizəsində əlavə sübutedici sənəd qismində yeganə dəlili xx.xx.2022-ci il tarixli aktdır. Cəlilabad rayonu Təzəkənd Bələdiyyəsi tərəfindən təsdiqlənmiş aktda sadəcə olaraq şahid ifadələri öz əksini tapır. Aktın məzmunundan aydın olur ki, müvafiq akt tərtib olunarkən qulluq edilən şəxs artıq vəfat etmişdir. Ərizəçinin məqsədi ahıla qulluq etdiyini iddia etdiyi müddətin staja daxil edilməsindən ibarətdir. Belə ki ərizəçinin təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun sosial sığorta stajı 23 il 1 ay 22 gün təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:
1. Həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (MPM-in 307.1-ci maddəsi);
2. Həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (MPM-in 308-ci maddəsi);
3. Hüquq haqqında mübahisənin olmaması (MPM-in 306.4-cü maddəsi). Hüquqi nəticə doğuran faktlar dedikdə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və ya xitam verilməsinin asılı olduğu faktlar başa düşülür. Buna görə də MPM-in 310.1 -ci maddəsində də qeyd edildiyi kimi, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməlidir. Bu normanın məqsədi məhkəmə qaydasında müəyyən edilməsi tələb edilən faktın ərizəçiyə münasibətdə hüquqi nəticə yaradıb-yaratmadığını aydınlaşdırmaqdır. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır. Məcəllədə qeyd edilir ki, hüquqi əhəmiyyətli digər faktlar o zaman xüsusi icraat qaydasında baxılır ki, müvafiq məsələnin həll edilməsinin başqa qaydası nəzərdə tutulmasın. Hazırki iş üzrə ərizəçi qulluq faktını təsdiq etdirmək istəyir. Bunun üçün isə başqa qayda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.8-ci bəndinə əsasən ahıllara qulluqetmə müddəti üzrə: a) patronajın təyin edilməsi barədə qərarı; b) qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələri; c) qulluqolunan vəfat etmişdirsə, yuxarıdakı sənədləri əldə etmək mümkün deyildirsə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələb olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019cu il tarixli 3 saylı Qərarında da (bundan sonra - Ali Məhkəmə Plenumunun Qərarı) göstərildiyi kimi MPM-in 307.1 -ci maddəsinə uyğun olaraq məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Sözügedən Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub- olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki iş üzrə təqdim edilmiş yeganə sənəd qismində şahid ifadələrinə dair akt çıxış edir ki, həmin aktda qulluqolunan şəxslə ərizəçinin eyni ünvanda yaşayıb- yaşamaması, ərizəçinin qaynatasına qulluq etməsi ilə bağlı sair ifadə qeydə alınmamışdır. Halbuki kasassiya instansiyasınadək maraqlı şəxsin lehinə qüvvədə saxlanılmış xx.xx.2024-cü il tarixli, 2(102)-396/2024 nömrəli Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında aşağıdakılar qeyd edilmişdir: “...Ərizəçi X2 2002-ci ildən xx.xx.2020-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi anası İsmət Rəsulova ilə birlikdə yaşamalarını bildirsələr də sonuncunun ona qulluq etməsi və ya İsmət Rəsulovanın hər hansı xəstəlikdən əziyyət çəkməsi öz təsdiqini tapmamaqla ona qulluq etməsi sübuta yetirilməmişdir. ...Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa tənqidi yanaşaraq qeyd etmişdir ki, Ərizəçi 2002- ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşaması və X2 baxmasının necə müəyyən edildiyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir.” Yekun olaraq yuxarıda istinad olunan qərara əsasən qulluqetmə faktının təsdiqi üçün aşağıdakı məsələlərin öz təsdiqini tapması tələb edilmişdir: a) Sadəcə şahid ifadəsi deyil, eləcə də həmin şahid ifadəsi ilə təsdiq edilməli olan hallar qismində ərizəçinin şəxsə qulluq etməsi və ya həmin şəxsin hər hansı xəstəlikdən əziyyət çəkməsi öz təsdiqini tapmalıdır; b) Sözügedən şəxslərin qulluq dövründə eyni ünvanda yaşaması həmçinin ərizəçinin qulluqolunana necə baxması müəyyən edilməlidir. Göründüyü kimi Ərizəçinin məhkəməyə təqdim etdiyi nə ərizədə, nə də aktda tələb olunan hallar öz təsdiqini tapır. Nəticə etibarilə, yuxarıda göstərilənləri nəzərə alaraq, ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə "qulluq faktının müəyyən edilməsi” tələbinə dair 2(073)-1156/2024 nömrəli mülki iş üzrə ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməısini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307- ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308- ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6.-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 3-cu bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. 3.1-ci bəndinə əsasən, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. İşin faktiki hallarına əsasən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi vəfat etmiş qaynatasına qulluq etməsi faktının müəyyən edilməsi ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslər ərizəçinin ərizəsində tələb etdiyi illərdə deyil, daha əvvəlki illərdə mərhum qaynatasına qulluq etməsi barədə ifadə vermiş, habelə qulluq olunan şəxsin hansı xəstəlikdən əziyyət çəkməsi, həmin xəstəliyin məhz qulluq tələb edən xəstəlik olması və ərizəçinin qaynatasına məhz 2002-2007-ci illərdə qulluq etməsi faktı öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Osman Vəliyev