Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-116/2024 15.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 və anası Ərizəçi olmaqla X3 11 noyabr 2011-ci ildə, X2 30 aprel 2013-cü ildə və X4 15 mart 2016-cı ildə Cəlilabad rayonunun Qarazəncir kəndində doğulmaları faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 2009-cu ildə X5 ilə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından Xədicə, Məhəmməd və Həsən adlı uşaqları doğulmuşdur. Məhəmməd və Həsən adlı uşaqları xəstəxanada, Xədicə adlı uşağı isə ev şəraitində doğulmuşdur. Məhəmməd və Həsənin xəstəxanada doğulması haqqında arayış verilsə də, onların doğumunun qeydə alınması barədə sənədlər müvafiq icra hakimiyyəti orqanına verilməmiş və bu səbəbdən uşaqların doğumu barədə akt qeydi aparılmamışdır. Hazırda həmin uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin uşaqların doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) arvadıdır. Ərizəçi ilə 2009-cu ildə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından Xədicə, Məhəmməd və Həsən adlı uşaqları doğulmuşdur. Məhəmməd və Həsən adlı uşaqları xəstəxanada, Xədicə adlı uşağı isə ev şəraitində doğulmuşdur. Məhəmməd və Həsənin xəstəxanada doğulması haqqında arayış verilsə də, onların doğumunun qeydə alınması barədə sənədlər müvafiq icra hakimiyyəti orqanına verilməmiş və bu səbəbdən uşaqların doğumu barədə akt qeydi aparılmamışdır. Xədicə adlı uşağı isə ev şəraitində doğulmuş və uşağın doğulması barədə heç bir qeydiyyat aparılmamışdır. Həmin uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin uşaqların doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) qardaşının qızıdır. Ərizəçi ilə ilə X5 2009-cu ildə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Tərəflərin faktiki nikahlarından Xədicə, Məhəmməd və Həsən adlı uşaqları doğulmuşdur. Tərəflərin faktiki nikahlarından doğulmuş Məhəmməd və Həsən adlı uşaqları xəstəxanada, Xədicə adlı uşağı isə ev şəraitində doğulmuşdur. Məhəmməd və Həsənin xəstəxanada doğulması haqqında arayış verilsə də, onların doğumunun qeydə alınması barədə sənədlər müvafiq icra hakimiyyəti orqanına verilməmiş və bu səbəbdən uşaqların doğumu barədə akt qeydi aparılmamışdır. Xədicə adlı uşaq isə ev şəraitində doğulmuş və uşağın doğulması barədə heç bir qeydiyyat aparılmamışdır. Həmin uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin uşaqların doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Qarazəncir kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14, X9 və X17 X1 və anası Ərizəçi yanında Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayırlar. İşdə olan Cəlilabad rayon X12 hüquqi şəxs tərəfindən verilmiş 13.12..2023-cü il tarixli arayışdan görünür ki, Əsədova X7 rayon Mərkəzi Xəstəxanası PHŞ Doğum və Ginekologiya şöbəsinda xx.xx.2013-cü il saat 05:00-da cinsi kişi olan diri uşaq və xx.xx.2016-cı il saat 08:40-da cinsi kişi olan diri uşaq dünyaya gətirmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə doğulmuş oğlan uşağı barəsində doğum akt qeydi tapılmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2016-cı il tarixdə doğulmuş oğlan uşağı barəsində doğum akt qeydi tapılmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, uşaqların doğumunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər təqdim olunmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmıək hüquqnun olduğu izah edilmişdir.dır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Tərəflərin faktiki nikahlarından Xədicə, Məhəmməd və Həsən adlı uşaqları doğulmuşdur. Tərəflərin faktiki nikahlarından doğulmuş Məhəmməd və Həsən adlı uşaqları xəstəxanada, Xədicə adlı uşağı isə ev şəraitində doğulmuşdur. Məhəmməd və Həsənin xəstəxanada doğulması haqqında arayış verilsə də, onların doğumunun qeydə alınması barədə sənədlər müvafiq icra hakimiyyəti orqanına verilməmiş və bu səbəbdən uşaqların doğumu barədə akt qeydi aparılmamışdır. Xədicə adlı uşaq isə ev şəraitində doğulmuş və uşağın doğumu barədə müvafiq icra hakimiyyəti orqanında qeydiyyat aparılmamışdır. Həmin uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin uşaqların doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 və anası Ərizəçi olmaqla X3 11 noyabr 2011-ci ildə, X2 30 aprel 2013-cü ildə və X4 15 mart 2016-cı ildə Cəlilabad rayonunda doğulmaları faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-116/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-116/2024
15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver