Məhkəmə qərarları › İş №2(073)-1179/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1179/2025

22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1179/2025 22.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi qızının ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 24 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasının Donetsk Xalq Respublikası, Marvinski rayonu, Konstantinovka kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, mərhum həyat yoldaşı X4 ilə 2015-ci il tarixdə ailə qurmuşlar, nikahlarını isə 01 fevral 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından iki uşaqları doğulmuşdur. Mərhum həyat yoldaşı Ruslan Mirzəyev işləyib ailəsini dolandırmaq üçün Rusiya Federasiyasına getmişdir. Lakin Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında olan məlum müharibə səbəbindən, Ruslan Mirzəyev məcburi müharibəyə aparılmış və 24 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasının Donetsk Xalq Respublikası, Marvinski rayonu, Konstantinovka kəndində vəfat etmişdir. Həyat yoldaşının ölümündən sonra yas mərasiminə başları qarışdığı üçün həyat yoldaşının ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də həyat yoldaşının ölüm akt qeydi aparılmamışdır. Bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Ərizəçi qızı onun qardaşı qızıdır. Ərizəçi ilə mərhum X4 ilə 2015ci ildə ailə qurmuşlar və onların birgə nikahından iki uşaqları doğulmuşdur. X5 işləyib qazanc əldə etmək üçün Rusiya Federasiyasına getmişdir. Lakin Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında olan məlum müharibə səbəbindən, Ruslan Mirzəyev məcburi müharibəyə aparılmış və 24 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasının Donetsk Xalq Respublikası, Marvinski rayonu, Konstantinovka kəndində vəfat etmişdir. O, X1 24 iyun 2024-cü ildə Rusiya Federasiyasının Donetsk Xalq Respublikası, Marvinski rayonu, Konstantinovka kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Ərizəçi qızı onun əmisi oğlu mərhum X1 həyat yoldaşıdır. Ərizəçi ilə mərhum X4 ilə 2015-ci ildə ailə qurmuşlar və onların birgə nikahından iki uşaqları doğulmuşdur. X5 işləyib qazanc əldə etmək üçün Rusiya Federasiyasına getmişdir. Lakin Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında olan məlum müharibə səbəbindən, Ruslan Mirzəyev məcburi müharibəyə aparılmış və 24 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. O, X1 24 iyun 2024-cü ildə Rusiya Federasiyasının Donetsk Xalq Respublikası, Marvinski rayonu, Konstantinovka kəndində vəfat etməsini təsdiq edir. İşdə olan Azərbaycan Respublikası AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 15 sentyabr 1982-ci il tarxdə doğulmuşdur. İşdə olan AZ-İİ seriyalı 163929 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 nikahlarını 01 fevral 2017-ci il tarxdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 saylı qeydiyyat aparılaraq, arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 29 avqust 2024-cü il tarxli, 60 seriyalı ********* saylı ölüm haqqında tibbi şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X1 ölüm tarixi 24 iyun 2024-cü il, öldüyü yer Rusiya Federasiyasının Donetsk Xalq Respublikası, Marvinski rayonu, Konstantinovka kəndi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş mərhum X1 məzar daşının fotoşəklində doğum tarixi xx.xx.1982-ci il, ölüm tarixi isə xx.xx.2024-cü il göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi qızının əri X4 24 iyun 2024cü il tarixdə Rusiya Federasiyasının Donetsk Xalq Respublikası, Marvinski rayonu, Konstantinovka kəndində vəfat etmişdir. Sonradan ərizəçi əri Ruslanın ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə vəfat etmiş ərinə ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X1 24 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasının Donetsk Xalq Respublikası, Marvinski rayonu, Konstantinovka kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 15 sentyabr 1982-ci il təvəllüdlü X1 24 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasının Donetsk Xalq Respublikası, Marvinski rayonu, Konstantinovka kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar