Məhkəmə qərarları › İş №2(073)-1197/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1197/2023

04.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1197/2023 04.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X8 və vəkili X4, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı miras payının müəyyən edilməsi, cavabdehin adına verilmiş çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və fərdi yaşayış evinin bölünməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı miras payının müəyyən edilməsi, cavabdehin adına verilmiş çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 evdən onun miras payının müəyyən edilməsinə və cavabdehin adına verilmiş xx.xx.2021-ci il tarixli, **********66-10301 saylı çıxarışın və həmin çıxarışın verilməsinə səbəb olmuş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və fərdi yaşayış evinin bölünməsi tələbinə çıxarışın və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və bölünməsi barədə qarşılıqlı iddia ərizəsi verərək, babası X14 miras qalmış hal-hazırda İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair çıxarışının etibarsız hesab edilməsinə, həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə və İddiaçı adına olan babasının (Cavabdeh) tikdiyi və onlara verdiyi evdən onun payının müəyyən olunaraq evin bölünüb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X15 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı mərhum X16 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və ünvan 2 ünvanda qeydiyyatdadır. İddiaçı həmin evə gəlin köçərkən həmin ev iddiaçının mərhum qaynatasının mülkiyyətində olmuşdur. X16 xx.xx.1996-cı il tarixdə ürək damar çatmamazlığı xəstəliyindən vəfat etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh Əsədov X3 şəhəri V.Mürsəlov küçəsi 27 saylı evə xx.xx.2021-ci il tarixdə çıxarış almışdır. İddiaçının mərhum əri mübahisəli evdə yaşmaqla mərhum atasından qalmış mirası faktiki olaraq qəbul etmiş, eyni zamanda iddiaçı da həmin evdə rəsmi qeydiyyatda olmaqla mərhum ərinin varisi kimi həmin mirası qəbul etmişdir. İddiaçıdan başqa həmin evdə digər şəxslərin də mirasdan pay hüququ vardır. Lakin cavabdeh iddiaçının və digər şəxslərin xəbəri olmadan həmin evi birbaşa öz adına rəsmiləşdirmişdir. Həmin evin tikilmə tarixi cavabdehin doğum tarixindən çox böyükdür. Əgər cavabdehin öz adına rəsmiləşdirməsinə dair sənədlər notariat orqanından və ərazi qeydiyyat idarəsindən çıxarışlarsa, onun həmin evi öz adına rəsmiləşdirməsinin qanunsuz olması öz təsdiqini tapacaqdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ona (Cavabdeh) qarşı miras payının müəyyən edilməsi və onun (Cavabdeh) adına verilmiş çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə etiraz edir, hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı iddia ərizəsində göstərir ki, guya o Cəlilabad şəhəri V.Mürsəlov küçəsi ev 27 ünvanına gəlin köçərkən həmin ev iddiaçının qaynatasının mülkiyyətində olmuş və guya ki, mərhum ərinin (iddiaçının) xəbəri olmadan o (Cavabdeh) həmin evə çıxarış almışdır. Həmin ev onun (Cavabdeh) babası-iddiaçının qaynatası X19 mülkiyyətində olmamış, vərəsəlik qaydasında onun (Cavabdeh) ata və anasının adına keçməmişdir. Evin heç bir vaxt çıxarışı olmamış və vərəsəlik haqqında şəhadətnamə alınmaşdır. Babası (cavadbehin) 1950-ci illərdə sənədsiz balaca 3 otaqlı ev almış, sonra böyük oğlunu, yəni iddiaçının əri X12 1965-1970-ci illərdə evləndirmiş və həyətin əks tərəfində ona öz vəsaiti ilə ev tikmiş və oğlunu həmin evə köçürüb ayırmışdır. Hətta tikdiyi evin girişi onların həyətindən olmuşdur. Onun (cavabdehin) babası-iddiaçının əri Qocaxanın payını vaxtıkən vermiş, yəni 6 sot ona torpaq sahəsi də ayırmış və aradan daş hasar çəkmişdir. Qalan köhnə və yararsız, sənədsiz onun babasına məxsus uçuq-sökük evi onun (Cavabdeh) atası 1970- 1980-ci illərdə söküb yenisini inşa etdirmişdir. 20 ildir ki, o (Cavabdeh) həmin evi tikib düzəldir. İddiaçının ondan tələb etdiyi evi onun atası və sonra o tikmiş, bunu bütün qohumları və qonşuları da təsdiq edə bilərlər. Həmin ev də onun (Cavabdeh) atasının mülkiyyətində olmuş, adına çıxarış alınmış, atasının vəfatından sonra onun (Cavabdeh) anasının adına keçmiş, hal-hazırda isə həmin ev bağışlanma müqaviləsi əsasında onun adına keçmiş və hazırda onun mülkiyyətindədir. Onun (Cavabdeh) babasının 4 oğlu olmuş və babası 4 oğlunu ayrı-ayrılıqda ev ilə təmin etmişdir. Babası tərəfindən iddiaçının əri Qocaxana tikib verdiyi çıxarışlı ev də babasına məxsusdur. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın əsassız olduğundan təmin edilməməsinə, qarşılıqlı iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsi məhkəməyə ərizə göndərərək, İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə üçüncü şəxslər Cəlilabad rayon 1 saylı Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsi nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə həmin üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia və qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X16 ilə X5 xx.xx.1959-cu ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 72 saylı qeydiyyat aparılaraq, arvada Əsədova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 ilə AManova Güldəstə Taran qızı 10 mart 1968-ci ildə nikahlarını bağlamışlar və arvada Əsədova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 11 dekabr 1968-ci ildə doğulmuşdur, atası X13, anası X6r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X26 09 sentyabr 1996-cı ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 27 noyabr 2008-ci ildə ölmüşdür. İşdə olan texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X9 məxsus olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.1002 ha torpaq sahəsi və fərdi yaşayış evi X2 mülkiyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi X7 və X17 ümumi birgə mülkiyyətində, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə X10 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 0.1002 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Məhkəmə ilk və qarşılıqlı iddiaya əlaqəli şəkildə qiymət verərək, hesab edir ki, hər iki iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının mərhum qaynatasına məxsus olduğunu göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının mərhum qaynatasına məxsus olması, ondan miras qalması iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa, iddiaçı mərhum X19 qaynatası olduğunu göstərsə də, həmin halı təsdiq edən, yəni qohumluq əlaqələrini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mərhum qaynatası X20 məxsus olması, ondan miras qalması, həmçinin mərhum Mirzə Əsədov ilə qohumluq əlaqələrini sübuta yetirə bilmədiyindən ilk iddianın qalan hissəsinə qiymət verməyə zərurət qalmır. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia da əsassız olduğundən təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı Əsədov X3 şəhəri V.Mürsəlov küçəsi 27 saylı ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olduğunu göstərsə də, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı və X17, fərdi yaşayış evi isə X11 mülkiyətindədir. Bundan başqa, qarşılıqlı iddiaçı Cavabdeh tələbində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair çıxarışın, həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsini tələb etsə də, çıxarışın verilməsinə əsas olan hansı sənədlərin və hansı əsaslarla etibarsız hesab edilməli olduğunu göstərməmiş və əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı miras payının müəyyən edilməsi, cavabdehin adına verilmiş çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və fərdi yaşayış evinin bölünməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. İlk iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı və qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar