Məhkəmə qərarları › İş №2(073)-1204/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1204/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1204/2025 08.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 02 fevral 2025-ci ildə Cəlilabad şəhərində ölməsi faktnın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mərhum həyat yoldaşı X7 10 noyabr 1956-cı ildə Cəlilabad şəhərində doğulmuş, 02 fevral 2025-ci ildə ayaqlarında olan qan laxtalanması və ürəyində olan xəstəliklər səbəbindən vəfat etmişdir. Mərhum əri Cəlilabad şəhər qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt savadsız olduğundan və sənədləşmə işləri barədə məlumatsız olması səbəbindən ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Hazırda həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır. X7 onun (şahidin) atası olmuşdur. Atası həm şəkər xəstəsi olmuş, həm də ürəyində problem olub. Fevral ayında evdə vəfat etmiş, Cəlilabad şəhər qəbiristanlığında dəfn olunmuşdur. Həmin vaxt başları yas mərasiminə qarışdığı üçün ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər. Hazırda anası ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi gəlinidir. X7 onun (şahidin) əmisi oğlu olmuşdur. Əjdər Tağıyev həm şəkər xəstəsi olmuş, həm də ürək əməliyyatı keçirmişdir. Fevral ayının 2-də vəfat etmiş, Cəlilabad şəhər qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt ərizəçi ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. İşdə olan Cəlilabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 xx.xx.1982-ci ildə nikahlarını bağlamışlar, bu barədə nikah akt qeydləri kitabında 31 saylı qeyd aparılmış və arvada Tağıyeva soyadı verilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X2 ölüm tarixi xx.xx.2025-ci il kimi göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənələr olmadığı üçün Maraqlı şəxsndə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Tibbi Ərazi Bölmələrinin X8 X13 rayon X5 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X7 ölən zaman Cəlilabad RMX-na müraciət olunmadığı üçün ölüm səbəbi barədə rəy verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin əri X7 02 fevral 2025ci vəfat etmiş, Cəlilabad şəhər qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt ərizəçi ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Hazırda ərizəçi ərinə ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə müəyyən sənədləşmə işlərinin aparılması üçün lazımdır, lakin ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 noyabr 1956-cı ildə doğulmuş X2 02 fevral 2025-ci ildə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar