Məhkəmə qərarları › İş №2(073)-1216/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1216/2023

09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1216/2023 09.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 09 iyun 2023cü il tarixdə, Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 10 dekabr 1978-ci il tarixdə anadan olmuş mərhum qardaşı X3 02 fevral 2007-ci il tarixdə Salyan rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, o, xx xxxx 1975-ci il tarixdə Sabirabad rayonunun Aleksanrovka kəndində anadan olmuşdur. Hazırda Cəlilabad rayonunda qeydiyyatda olmaqla, burada yaşayır. Ondan başqa valideynlərinin 7 övladı olmuşdur. 10 dekabr 1978-ci il tarixdə doğulmuş qardaşı X10 27 fevral 2007-ci il tarixdə ruhi xəstəliyi nəticəsində vəfat etmişdir. X15 doğum akt qeydi aparılsa da, ona məlum olmayan səbəbdən onun ölümü qeydə alınmamışdır. Ailə üzlərinə məxsus pay torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirərkən məlum olmuşdur ki, mərhum qardaşı X3 da adı həmin torpaq sahəsinə dair verilmiş şəhadətnamədə qeyd edilmişdir. Qardaşının ölüm akt qeydi aparılmadığı üçün bu onlara problem yaratdı. O, ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsindən ona bildirmişlər ki, ölüm haqqında tibbi arayış olmadığı üçün qardaşının ölüm akt qeydinin aparılması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Vİ-JQ № 349247 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 10 dekabr 1978-ci il tarixdə Cəlilabad rayonunun Qarğılı kəndində doğulmuşdur. X2, anası X7r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 835/12 saylı arayışdan görünür ki, X10 10 dekabr 1978-ci il tarixdə Cəlilabad rayonunun Qarğılı kəndində doğulmuşdur. X2, anası X7r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 834/12 saylı arayışdan görünür ki, X3 ölümü haqqında məlumatın müəyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaş vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan məzar daşının fotoşəklindən görünür ki, X10 27 fevral 2007ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 27 aprel 2023cü il tarixli məktubdan görünür ki, Qeydiyyat X1 ölüm faktının qeydə alınması barədə akt qeydi aşkar edilməmiş, ölümü təsdiq edən ölüm haqqında tibbi arayış və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün X3 ölümünün Qeydiyyat Şöbəsində qeydə alınması mümkün olmamışdır. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan JN-109 KOD 80616028 nömrəli Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X11, X8, X12, X4, X6, X5 və X9 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, 10 dekabr 1978-ci il tarixdə Cəlilabad rayonu Qarğılı kəndində doğulmuş X3 27 fevral 2007-ci il tarixdə Salyan rayonunda ölməsi faktı müəyyən olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 dekabr 1978-ci il tarixdə Cəlilabad rayonu Qarğılı kəndində doğulmuş X3 27 fevral 2007-ci il tarixdə Salyan rayonunda ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar