Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1224/2025 08.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh* E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin nümayəndəsi Nümayəndə*, Üçüncü şəxs Cavabdeh* nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh* E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinə qarşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı xx xxxx *978-ci il tarixdə Cəlilabad rayonu, Şötüklü kəndində doğulmuş, *995-ci ildə Boyxanlı kənd tam orta məktəbinin Xİ sinifini bitirmişdir. 200*-ci ildə Azərbaycan Dövlət Astara Pedoqoji Unversitetinin ibtidai sinif fakültəsinə daxil olmuş və 2004-cü ildə həmin fakültəni bitirərək Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinə ibtidai sinif müəllimi təyin olunmuşdur. İşlədiyi dövürdən *8.09.2023-cü il tarixə kimi heç bir əmək intizamı və pozuntusu olmamışdır. *8.09.2023-cü il tarixdə Cavabdeh* E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbin drektoru Zəfər İsmayılovun 78 saylı əmrinə görə Cəlilabad Rayon Şötüklü kənd sakini X* xəsarət yetirdiyinə görə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilməyini əsas tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)20/2023 saylı hökmündən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin *(*06)-*79/2024 saylı qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş və Yardımlı Rayon Məhkəməsinin *(038)*4/2024 saylı qərarı ilə ev dustağlığına buraxılmışdır. Göründüyü kimi, Cəlilabad rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)20/2023 saylı hökmü qanuni qüvvəsini almamış Cəlilabad rayonu E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbin drektoru Zəfər İsmayılov iddiaçının əmək müqaviləsinə tam qanunsuz və əsassız olaraq xitam vermişdir. Həmin əmri əsassız və qaııunsuz hesab edir. Buna görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Cəlilabad rayon E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktoru Z.İsmayılov tərəfindən verilmiş *8.09.2023-cü il tarixli, 78 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, onunla bağlanılmış əmək müqaviləsinə 68.2-ci ( tərəflərin iradəsindən asılı olmayan hallar) maddəsi ilə xitam verilməsini qanunsuz hesab edir, çünki barəsində cinayət məhkəmə icraatı mövcuddur və hələ yekunlaşmayıb. Hökmdən apellyasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsi hökmü ləğv edib təkrar araşdırma üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarıb, iddiaçı məhkəmə tərkibinə etiraz edib və etirazı təmin olunaraq iş baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilib, həmin məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb, hazırda iş həmin məhkəmənin icraatındadır. Cavabdeh isə onu məhkum hesab edərək əmək müqaviləsinə xitam verib, halbuki o, məhkum deyil, çünki qanuni qüvvəsini almış hökm yoxdur. Cavabdehin onun (iddiaçının) əmək intizamını əvvəllər bir neçə dəfə pozması ilə bağlı gətirdiyi dəlillər isə tamamilə əsassızdır, çünki həmin tənbeh tədbirlərinin tətbiqindən məlumatsız olub. Məhkəmə iclasında Cavabdeh* E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin nümayəndəsi Nümayəndə* verdiyi izahatında göstərmişdir ki, *8.09.2023-cü il tarixdə E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbin direktoru Zəfər İsmayılovun 78 saylı əmri ilə İddiaçı həmin məktəbin ibtidai sinif müəllimi vəzifəsindən azad edilmişdir. Həmin əmr qanuni və əsaslıdır, çünki Məhkəmənin hökmü ilə iddiaçı azadlıqdan məhrum edilib. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh* nümayəndəsi Nümayəndə2 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)20/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 22*.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı həbs edilməmişdən altı gün öncə, yəni 05 may 2023-cü il tarixdən işə çıxmadığı üçün Boyxanlı kənd məktəbi üzrə xx.xx.2023-cü il 42 nömrəli əmrlə ona ödəniləcək əmək haqqı ödənişi dayandınlmışdır. Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli məlum hökmü ilə iddiaçı həbs edildiyi vaxt 2023/2024-cü tədris ilinin əvvəlinə təsadüf etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin *3*-ci maddəsinin 5-ci hissəsinə əsasən bütün pedaqoji işçilər əmək məzuniyyətinin müddəti bitdikdən sonra 28 avqust 2023-cü il tarixdə işə qayıtmış, lakin İddiaçı işə qayıtmamış və bu barədə məktəb rəhbərliyinə məlumat verməmiş, işə gəlməməsinin səbəbi barədə müvafiq təsdiqedici sənədlər təqdim etməmiş, həmçinin *5 sentyabr 2023-cü il tarixdən dərs məşğələlərinin başlanmasına baxmayaraq dərslərdə iştirakı mümkün olmadığı üçün onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “d" yarımbəndinə bəndinə (tərəflərin iradəsindən aslı olmayan hallara görə) əsasən *8.09.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı işə bərpası ilə bağlı iddia ərizəsində Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)20/2023 saylı hökmünə Şirvan Apellyasiya Məhkəməsinin *(*06)-*79/2024 saylı Qərarı ilə xitam verilməsi və Yardımlı Rayon Məhkəməsinin * (038)*4/2024 saylı qərarı ilə cəzasının ev dustaqlığı ilə əvəz edilməsi barədə məlumat qeyd etmiş, lakin bu barədə dəqiq tarix göstərməmişdir. İddiaçı işə bərpası ilə bağlı Cəlilabad Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində pedaqoji fəaliyyəti barədə məlumatı qeyd edərkən 2004-cü ildən Boyxanlı kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi çalışdığını və *8.09.2023-cü ilədək heç vaxt əmək intizamını pozmadığını və barəsində intizam tənbehi tədbiri görülmədiyini bildirmişdir. Bununla bağlı tərəflərindən aparılan araşdırma zamanı İddiaçı *0 dekabr 2009-cu il tarixdən üzrsüz səbəbdən işə çıxmadığı, araşdırma zamanı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən saxlanıldığı müəyyən edildiyi üçün (ictimai münasibətlərdə etik davranış qaydalannı pozduğuna və əməlində inzibati və cinayətə tərkibi olduğuna görə) Boyxanlı kənd tam orta məktəbi üzrə *0 dekabr 2009-cu il tarixli, 78 nömrəli əmrlə tutduğu vəzifəsindən müvəqqəti olaraq azad edilmiş (6 ay), *4 dekabr 2009-cu il tarixli, 79 nömrəli əmrlə barəsində intizam tənbeh tədbiri görülmüşdür. Bundan əlavə, əmək intizamına əməl etmədiyinə görə məktəb üzrə verilmiş *8 aprel 2022-ci il tarixli 38 nömrəli, 2* aprel 2022-ci il tarixli, 36 nömrəli, *4 oktyabr 2022-il il tarixli, 92 və 94 nömrəli, 02 noyabr 2022-ci il tarixli, **6 nömrəli əmrlərlə əmək haqqı tutularaq barəsində müxtəlif intizam tənbehi tədbirləri görülmüşdür. Bununla da bildirmək istəyirlər ki, İddiaçı işə bərpası ilə bağlı Cəlilabad Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində pedaqoji fəaliyyəti barədə qeyd etdiyi məlumatlar reallığı əks etdirmir və bu hal məlumatların qəsdən gizlədilməsi və məhkəməni yanıltması kimi qəbul edilir. “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci hissəsində bildirilir ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin *54.3-cü maddəsinə əsasən həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri yalnız təqsirləndirilən şəxslər barəsində seçilə bilər. Şübhəli şəxs cinayət törətməkdə şübhəli bilinib, 48 saat ərzində şübhəli şəxs qismində saxlanıla bilər. Bundan sonra şübhəli şəxsin törətdiyi əməl sübuta yetirilirsə, ona qarşı ittiham elan edilir. Yəni, istintaq orqanı tərəfindən sübuta yetirilir ki, bu adam hansısa cinayət əməlini törədib. Bundan sonra isə adamın barəsində ya istintaq orqanının, ya da məhkəmənin qərarı ilə qətimkan tədbiri seçilir. Şəxsin törətdiyi cinayət əməlindən asılı olaraq onun barəsində həbs, ev dustaqlığı, başqa yerə getməmək haqqında iltizam tədbiri və ya polisin nəzarətinə verilmə haqqında qətimkan tədbiri seçilər bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsində qeyd olunur ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu götürülmüş hesab olunur. Əlavə olaraq bildirilir ki, Yardımlı Rayon Məhkəməsinə edilmiş şifahi sorğularına verilən cavaba əsasən bildirirlər ki, İddiaçı barəsində Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *-(073)- 20/2023 nömrəli hökmünün Yardımlı Rayon Məhkəməsi tərəfindən ekspertizaya yönləndirildiyi və hazırda həmin icaatın dondurulduğu bildirilmişdir. Qeyd olunanlara əsaslanarq hesab edirlər ki, mübahisəli əmr qanuni və əsaslıdır. Belə ki, iddiaçı hələ də məhkumdur, o, nümunəvi müəllim ola bilməz. Bu səbəbdən də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)20/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 22*.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(*06)-*79/2024 saylı, 30.0*.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 22*.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)20/2023 saylı hökmü və təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışı iclasının təyin edilməsi barədə 2* dekabr 2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. İşdə olan Yardımlı Rayon Məhkəməsinin *(038)*4/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 22*.3-cü maddəsi ilə məhkəməyə verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustağlığı ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh* E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin *8.09.2023cü il tarixli, 78 nömrəli əmrindən görünür ki, Cəlilabad Rayon Şötüklü kənd sakini X* xəsarət yetirdiyinə görə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilməsi səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan 05.05.20*4-cü il tarixli xasiyyətnamədən görünür ki, xasiyyətnamə Cəlilabad rayon İHB-nin Boyxanlı kənd İƏDÜN tərəfindən verilməklə göstərilmişdir ki, Cəlilabad rayon Şötüklü kəndində yaşayan İddiaçı Zülfllqar oğlu həqiqətən bütün ictimai işlərdə yaxından köməklik göstərir. Verilmiş tapşırıqları və tövsiyyələri vaxtında yerinə yetirir, bir müəllim kimi camaat içərisində yüksək nüfuza sahibdir. Neçə illərdir ki, YAP-ın sadiq üzvüdür. Prezident və digər seçkilərdə YAP-ın üzvü olaraq nəzarətçi kimi fəyaliyət göstərir. Üç ildən yuxarı döyüş bölgəsində xidmət aparır. Xidmət apardığı vaxtlarda onun haqqında ərazi nümayəndəliyinə mənfi hallar haqqında heç bir məlumat verilməyib. Onu tərbiyəli, mədəni müəllim, bir sözlə yaxşı insan kimi tanıyırlar. Onun ictimaiyyət arasında xoşagəlməz işlər haqqında heç bir rəsmi məlumat idarəyə daxil olmayıb. İşdə olan Boyxanlı kənd tam orta məktəbinin *4 dekabr 2009-cu il tarixli, 79 saylı əmrindən görünür ki, həmin əmrlə İddiaçı *0-** dekabr 2009-cu il tarixdən üzrsüz səbəbdən işə çıxmamış, araşdırma zamanı İddiaçı həmkəndlilərinə qarşı qeyri-etik normalara yol verdiyindən Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən saxlanıldığı müəyyən edilmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müəllimə yaraşmayan hərəkət edərək qonşuları ilə münaqişəyə girmişdir. Bu səbəbdən də İddiaçı axırıncı xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan Boyxanlı kənd E.Əliyev adına tam orta məktəbinin *8 aprel 2022-ci il tarixli, 38 saylı əmrdən görünür ki, həmin əmrlə İddiaçı xəstəliklə əlaqədar olaraq *8.04.2023-cü il tarixdə işdə olmadığı üçün həmin gündən əmək haqqı saxlanılmışdır. İşdə olan Boyxanlı kənd E.Əliyev adına tam orta məktəbinin 2* aprel 2022-ci il tarixli, 36 saylı əmrdən görünür ki, həmin əmrlə İddiaçı 2*.04.2023-cü il tarixdə işdə olmadığı üçün həmin gündən əmək haqqı saxlanılmışdır. İşdə olan Boyxanlı kənd E.Əliyev adına tam orta məktəbinin *4 oktyabr 2022-ci il tarixli, 92 saylı əmrindən görünür ki, həmin əmrlə İddiaçı *4.*0.2022-ci il tarixdə işdə olmadığı üçün həmin gündən əmək haqqı saxlanılmışdır. İşdə olan Boyxanlı kənd E.Əliyev adına tam orta məktəbinin *4 oktyabr 2022-ci il tarixli, 94 saylı əmrindən görünür ki, həmin əmrlə İddiaçı 07.*0.2022-ci il tarixində dərsdənkənar məşğələ saatını keçirmədiyi üçün həmin * saat əmək haqqı saxlanılmışdır. İşdə olan Boyxanlı kənd E.Əliyev adına tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 42 saylı əmrindən çıxarışdan görünür ki, həmin əmrlə İddiaçı xx.xx.2023-cü il tarixində işdə olmadığı üçün həmin gün əmək haqqı saxlanılmışdır. İşdə olan Boyxanlı kənd E.Əliyev adına tam orta məktəbinin *0.*2.2009-cu il tarixli, 78 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı naməlum səbəbdən iş yerində olmadığı üçün *0.*2.2009-cu il tarixində müvəqqəti olaraq tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Boyxanlı kənd E.Əliyev adına tam orta məktəbinin 02 noyabr 2022-ci il tarixli, **6 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı işdə olmadığı üçün həmin gün əmək haqqı saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı *8.09.2023-cü il tarixdə Cavabdeh* E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbi tərəfindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” bəndinə əsasən çalışdığı ibtidai sinif müəllimi vəzifəsindən azad edilmişdir. Buna səbəb iddiaçının barəsində məhkəmənin hökmü və həmin hökmlə iddiaçının azadlıqdan məhrum edilməsi olmuşdur. İddiaçı həmin əmri əsassız hesab edir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçını işdən azad edərkən Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, cavabdehin (işəgötürənin) *8.09.2023-cü il tarixli, 78 nömrəli əmrində iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam əsası kimi göstərilmiş Əmək Məcəlləsinin 68.2 maddəsinin d) bəndi tərəflərin iradəsindən asılı olmayan halları ehtiva edirvə həmin norma blanket (göndəriş) xarakterli olmaqla həmin Məcəllənin 74-cü maddəsinə istinadı tələb edir. Həmin Məcəllənin 74-cü maddəsinin ç) bəndində göstərilir ki, işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə (tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq) əmək müqaviləsinə xitam verilir. Göründüyü kimi, Məcəllənin tələbinə əsasən şəxsin azadlıqdan məhrum edilməsi barədə hökmün qəbul edilməsi deyil, hökmün qanuni qüvvəyə minməsi halı tərəflərin iradəsindən asılı olmayan hal hesab edilməklə əmək müqaviləsinə xitam verilməsi əsasını təşkil edir. İndiki halda isə işəgötürən (cavabdeh) hökm qanuni qüvvəyə minmədən, sadəcə iddiaçı ilə bağlı hökmün qəbul edilməsi halını əsas tutaraq əmək müqaviləsinə xitam vermişdir ki, bununla da tərəfindən Əmək Məcəlləsinin tələbi pozulmuşdur. İşəgötürən hökmün qanuni qüvvəyə minməsini gözləməli idi və yalnız hökm qanuni qüvvəsini aldığı halda iddiaçını işdən azad edə bilərdi. Cavabdehin və üçüncü şəxsin iddiaçı ilə bağlı hökm verilməsi ilə onun məhkum hesab edilməli olması ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.*-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Yəni, yalnız ittiham hökmü qanuni qüvvəyə mindiyi halda kimsə məhkum hesab edilə bilər. İndiki halda isə iddiaçı ilə bağlı qanuni qüvvəyə minmiş hər hansı ittiham hökmü yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Buraxılmış müddət üçün iddiaçıya əmək haqqı ödənilməsi ilə bağlı isə məhkəmə hesab edir ki, iddiaçı barəsində Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək iddiaçı həbsdən azad edilmişdir. Yəni, göstərilən müddət aralığında iddiaçı faktiki olaraq azadlıqdan məhrum olmuşdur və onun işdə olması qeyri-mümkün idi. Habelə iddiaçı pedaqoji fəaliyyətlə məşğul olmuş və hər il tədris yükü (dərs saatı) fərqli olmaqla müxtəlif məbləğlərdə əmək haqqı almışdır ki, bu hallara görə də buraxılmış müddət üçün əmək haqqı hesablanması və ödənilməsi qeyri-müəyyənliyə səbəb olmaqla əsassız olardı. Məhkəmə, mübahisəni iddia tələbi daxilində həll etməklə bu hissədə həmçinin onu da nəzərə almışdır ki, iddiaçının özünün də bu barədə, yəni əmək haqqı ödənilməsi barədə tələbi olmamışdır, tələbi əmrin ləğv edilməsi və işə bərpa barədə olmuşdur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı əsassız olaraq işdən azad edildiyindən Cavabdeh* E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin *8.09.2023-cü il tarixli, 78 nömrəli əmri ləğv edilməli və iddiaçı əvvəlki işinə, yəni həmin məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin *2-ci maddəsinin a) və b) bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdən və bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.*–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin *4.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh* E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin *8.09.2023-cü il tarixli, 78 nömrəli əmri qanunsuz hesab edilməklə ləğv edilsin və İddiaçı həmin məktəbdə əvvəlki işinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəsini alır. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1224/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1224/2025
08.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver