Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1230/2023 14.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi Nəriman oğlunun iştirakı ilə, Ərizəçi Nəriman oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Nəriman oğlu ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08 avqust 1938-ci ildə Cəlilabad rayonunun Qarğılı kəndində doğulmuş X3 10 aprel 2021-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Nəriman oğlu ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, X7 onun (ərizəçinin) atası Nəriman Həsənovun əmisinin qızıdır. X12 08 avqust 1938-ci ildə Cəlilabad rayonunun Qarğılı kəndində doğulmuş, ailəli olmamış və övladı doğulmamışdır. Sara Həsənova 10 aprel 2021-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən Sara Həsənovanın ölümü ilə bağlı akt qeydi aparılmamış və ölüm haqqında şəhadətnamə verilməmişdir. X10 ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktının müəyyən olunması X12dan miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. X6 (şahidin) əmisinin qızıdır. X12 08 avqust 1938-ci ildə Cəlilabad rayonunun Qarğılı kəndində doğulmuş, ailəli olmamış və övladı doğulmamışdır. Sara Həsənova 10 aprel 2021-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən Sara Həsənovanın ölümü ilə bağlı akt qeydi aparılmamış və ölüm haqqında şəhadətnamə verilməmişdir. X10 ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktının müəyyən olunması X12dan miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. X6 (şahidin) əri Nərimanın əmisinin qızıdır. X12 08 avqust 1938-ci ildə Cəlilabad rayonunun Qarğılı kəndində doğulmuş, ailəli olmamış və övladı doğulmamışdır. Sara Həsənova 10 aprel 2021-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən Sara Həsənovanın ölümü ilə bağlı akt qeydi aparılmamış və ölüm haqqında şəhadətnamə verilməmişdir. X10 ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktının müəyyən olunması X12dan miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Cəlilbad rayon İHB Mikayıllı kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cəlilbad rayon İHB Mikayıllı kənd İƏDÜ nümayəndəliyində 1 nömrəli təsərrüfatbaşına kitabdın 94-cü səhifəsindən çıxarışa əsasən X7 1938-ci ildə Cəlilabad rayonunun Qarğılı kəndində anadan olmuş, atası X8, anası Nanaş Həsənovadır. İşdə olan Cəlilbad rayon İHB Cəlilabad rayonu Uzuntəpə kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Nəriman oğlunun yaxın qohumu X7 ölümündən əvvəl Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşamış və qohumlarının dediyinə görə 10 aprel 2021-ci ildə vəfat etmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X3 ölüm tarixi xx.xx.2021-ci kimi qeyd edilmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Nəriman oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Onun ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin atası Nəriman Həsənovun əmisi qızı X7 10 aprel 2021-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Sara Həsənova 10 aprel 2021-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən Sara Həsənovanın ölümü ilə bağlı akt qeydi aparılmamış və ölüm haqqında şəhadətnamə verilməmişdir. X10 ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktının müəyyən olunması X12dan miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X3 10 aprel 2021-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 avqust 1938-ci ildə Cəlilabad rayonunun Qarğılı kəndində doğulmuş X3 10 aprel 2021-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1230/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1230/2023
14.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver