Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1237/2023 25.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 05 aprel 2023-cü il tarixdə Cəlilabad rayonunun İncilli kəndində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, atası X4, anası Ərizəçi olmaqla X2 05 aprel 2023-cü il tarixdə Cəlilabad rayonunun İncilli kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, X4 ilə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 03 avqust 2021-ci ildə Duyğu və 05 aprel 2023-cü ildə Ayan adlı uşaqları doğulmuşdur. Duyğu adlı uşağının barəsində doğum akt qeydi aparılsa da, Ayan adlı uşağı ev şəraitində doğulduğundan xəstəxanadan doğum haqqında tibbi şəhadətnamə alınması mümkün olmamışdır. Bu səbəbdən də həmin uşağın doğumu barədə akt qeydi aparılmamışdır. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığı üçün həmin şöbədə doğum akt qeydinin aparılması, uşağına doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Doğum faktının müəyyən olunması uşağına doğum haqqında şəhadətnamənin alınması üçün zəruridir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Ərizəçi ilə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 03 avqust 2021-ci ildə Duyğu və 05 aprel 2023-cü ildə Ayan adlı uşaqları doğulmuşdur. Duyğu adlı uşağının barəsində doğum akt qeydi aparılsa da, Ayan adlı uşağı ev şəraitində doğulduğundan xəstəxanadan doğum haqqında tibbi şəhadətnamə alınması mümkün olmamışdır. Bu səbəbdən də həmin uşağın doğumu barədə akt qeydi aparılmamışdır. Həmin uşağa doğum haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsələr də, doğum haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığı üçün həmin şöbədə doğum akt qeydinin aparılması, uşağına doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah olunmuşdur. Doğum faktının müəyyən olunması uşağına doğum haqqında şəhadətnamənin alınması üçün zəruridir. Buna görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qızıdr. Ərizəçi ilə X4 faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından 03 avqust 2021-ci ildə Duyğu və 05 aprel 2023-cü ildə Ayan adlı üşaqları doğulmuşdur. Ayan adlı uşaq ev şəraitində doğulduğundan xəstəxanadan doğum haqqında tibbi şəhadətnamə almaq mümkün olmamışdır. Bu səbəbdən də həmin uşağın doğumu barədə akt qeydi aparılmamışdır. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığı üçün həmin şöbədə doğum akt qeydinin aparılması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə doğulmuş qız uşağı barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad rayon Hamarqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də xx.xx.2023-cü il tarixdə bir qız uşağı doğmuşdur. Uşaq hal-hazırda ata və anasının himayəsində sağlam yaşayır. İşdə olan Cəlilabad rayon X5 hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayonu İncilli kənd sakini xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi xx.xx.2023-cü il tarixdə evdə doğmuşdur. xx.xx.2023-cü il tarixdə peyvənd məqsədilə Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ Doğum və Ginekologiya şöbəsinə müraciət etmişdir. Uşağın cinsi qız, çəkisi 3800 qr-dır. xx.xx.2023-cü il tarixdə uşaq müayinə olunmuş , sağlam olduğu üçün Hepatit və BCJ əleyhinə peyvəndlər vurulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş qız uşağının barəsində doğum haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığı üçün həmin şöbədə doğum akt qeydinin aparılması, ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi ilə X4 faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından 05 aprel 2023-cü ildə Ayan adlı uşaqları doğulmuşdur. Həmin uşaq ev şəraitində doğulduğundan və uşağın doğumu barədə müvafiq icra hakimiyyəti orqanında akt qeydi aparılmamışdır. Ərizəçi həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığı üçün həmin şöbədə doğum akt qeydinin aparılması, uşağa doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Doğum faktının müəyyən olunması ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 atası X4, anası Ərizəçi olmaqla 05 aprel 2023-cü il tarixdə Cəlilabad rayonunun İncilli kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1237/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1237/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver