Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1245/2023 25.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X2 29 yanvar 2023-cü ildə Cəlilabad rayonu Təzəkənd kəndində vəfat etməsi faktnın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, X4 ilə faktiki evlənmişlər, nikahlarını isə 18 fevral 2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 2013-cü il təvəllüdlü Barış və 2015-ci il təvəllüdlü Banu adlı uşaqları doğulmuşdur. X8 29 yanvar 2023-cü ildə yaşadığı evin həyətindəki anbarda özünü asaraq intihar etmişdir. Mərhumu Cəlilabad rayonu Təzəkənd kənd qəbristanlığında dəfn etmişlər. Həmin vaxt yas mərasiminə başları qarışıq olduğundan ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölüm haqqında həkim arayışı olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mərhum arvadına ölüm haqqında şəhadətnamə almaq ona (ərizəçiyə) az yaşlı uşaqlarına ailə başçısını itirməyə görə dövlətdən müavinət almaq üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun dostudur və ailəvi gediş-gəlişləri olmuşdur. Ərizəçinin mərhum X8 29 yanvar 2023-cü ildə yaşadığı evin həyətindəki anbarda özünü asaraq intihar etmişdir. Mərhumu Cəlilabad rayonu Təzəkənd kənd qəbristanlığında dəfn etmişlər. Həmin vaxt yas mərasiminə başları qarışıq olduğundan ərizəçi ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölüm haqqında həkim arayışı olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1994-cü ildə doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ilə X4 xx.xx.2013-cü ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 saylı qeydiyyat aparılaraq, arvada Niftiyeva soyadı verilmişdir. İşdə olan Cəlilbad rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 20-C-23 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X4 29 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonunun Təzəkənd kəndində yaşadığı evin həyətində özünü asaraq intihar etmişdir. İşdə olan Cəlilabad rayonu İHB Təzəkənd kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 29 yanvar 2023-cü il tarixdə vəfat edilmiş və Təzəkənd kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin mərhum X8 29 yanvar 2023-cü ildə Cəlilabad rayonunun Təzəkənd kəndində yaşadığı evin həyətində özünü asaraq intihar etmiş və Cəlilabad rayonu Təzəkənd kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən X2 barəsində ölüm akt qeydinin aparılmamışdır. Ərizəçi mərhum arvadı X3 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından ölüm akt qeydinin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun izah edilmişdir. Faktın müəyyən edilməsi ərizəçiyə mərhum arvadına ölüm haqqında şəhadətnamə alınması üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş arvadına ölüm haqqında şəhadətnamələrin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X2 29 yanvar 2023-cü ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 fevral 1994-cü ildə doğulmuş Niftiyeva (Ağayeva) Səma Habil qızının 29 yanvar 2023-cü ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1245/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1245/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver