Məhkəmə qərarları › İş №2(073)-1280/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1280/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1280/2023 11.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 11 iyul 2023cü il tarixdə, Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 14 oktyabr 1991-ci il tarixdə anadan olmuş övladı X2 08 avqust 2015-ci il tarixdə Cəlilabad rayonu Pərdi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, o, xx xxxxxxx 1961-ci il tarixdə Cəlilabad rayonu Pərdi kəndində anadan olmuş, hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. 12 iyul 1984-cü il tarixdə X6 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 5 övladı doğulmuşdur.Övladlarından 14 oktyabr 1991-ci il təvəllüdlü Ramilə Əhmədli ağır qaraciyər xəstəliyindən əziyyət çəkirdi. 08 avqust 2015-ci il tarixdə mərhum övladı elə həmin xəstəlik səbəbi ilə vəfat etmişdir. Ona məlum olmayan səbəbdən qızının ölümü qeydə alınmamışdır. Ailə üzvlərinə məxsus pay torpaq sahəsini sənədləşdirərkən məlum oldu ki, mərhum qızı Ramilə Əhmədlinin də adı həmin torpaq sahəsinə dair verilmiş şəhadətnamədə qeyd edilmişdir. Mərhum övladının ölüm akt qeydi aparılmadığı üçün bu onlara problem yaratdı. O, ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsindən ona bildirmişlər ki, ölüm haqqında tibbi arayış olmadığı üçün qızının ölüm akt qeydinin aparılması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 16-JQ № 252995 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 14 oktyabr 1991-ci il tarixdə Cəlilabad rayonu Pərdi kəndində doğulmuşdur. Atası Ərizəçi Sücayət oğlu, anası X4r. İş materiallarında olan Cəlilabad rayon Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və Pərdi kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan məzar daşının fotoşəklindən görünür ki, X5 14 oktyabr 1991ci ildə doğulmuş, 08 avqust 2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.1991-ci il tarixdə anadan olmuş X2 ölüm faktının qeydə alınması barədə ərizəsinə Qeydiyyat Şöbəsində baxılmış, lakin ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Qeydiyyat X1 ölümünün qeydə alınması mümkün olmamışdır. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, 14 oktyabr 1991-ci il tarixdə Cəlilabad rayonu Pərdi kəndində doğulmuş X2 08 avqust 2015-ci il tarixdə Cəlilabad rayonu Pərdi kəndində ölməsi faktı müəyyən olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 oktyabr 1991-ci il tarixdə Cəlilabad rayonu Pərdi kəndində doğulmuş X2 08 avqust 2015-ci il tarixdə Cəlilabad rayonu Pərdi kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar