Məhkəmə qərarları › İş №2(073)-1286/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1286/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1286/2025 21.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X1 14 yanvar 2024-cü il tarixdə Cəlilabad rayonu Buravar kəndində doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, o, 2023-cü ilin aprel ayında Şahid1 ilə el adəti ilə ailə qurmuşdur. Onların rəsmi nikahları olmamışdır. 14 yanvar 2024-cü il tarixdə övladları X2 anadan olmuşdur. Lakin övladı Tunar Şahmarov ev şəraitində doğulmuş və onun doğum qeydi aparılmamışdır. Həmin vaxt oğlunun doğumunun qeydə alınması üçün heç bir orqana müraciət etməmişlər. Sonradan bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona doğum haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınmasının Maraqlı şəxsndə mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, bununla bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, nəticəsi olmamışdır. Doğum haqqında şəhadətnamənin olmaması uşaq üçün bəzi sənədlərin alınmasında çətinlik yaradır. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, o, Ərizəçila 2023-cü ildə ailə qurmuş, 14 yanvar 2024-cü ildə onların Tunar adlı övladı doğulmuşdur. Həmin vaxt maddi imkanları olmadığı üçün xəstəxanaya getməmişlər və uşaq ev şəraitində doğulmuşdur. Sonradan doğumun qeydiyyata alınması üçün isə heç yerə müraciət etməmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. O, Şahid1 ilə ailə qurmuş və onların iki uşaqları vardır. Böyük oğlu Tunar 2024-cü ildə ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi oğlu Tunar 2024-cü ildə Cəlilabad rayonu Buravar kəndində doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş arayışdan görünür ki, X1 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında doğulması ilə əlaqədar qeydiyyatı yoxdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 06 mart 2025-ci il tarixli məktubdan görünür ki, 14 yanvar 2024-cü ildə doğulmuş X1 doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan ilkin və bərpa doğum akt qeydləri üzrə həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış cinsi qadın və ya kişi doğulan uşaq barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Uşağın doğumunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyən edici sənədlər təqdim olunmadığı üçün doğumun qeydə alınması Maraqlı şəxsndə mümkün deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 14 yanvar 2024-cü ildə Cəlilabad rayonu Buravar kəndində ev şəraitində doğulmuşdur. Həmin vaxt Tunar Şahmarovun doğum faktı ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət edildikdə isə X1 doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınmasının Maraqlı şəxsndə mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Atası Ərizəçi və anası Şahid1 olmaqla, X1 14 yanvar 2014-cü ildə Cəlilabad rayonu Buravar kəndində doğulması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar