Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1313/2024 21.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1nun xx.xx.2015-ci il tarixdə Daşımaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən ona hədiyyə etdiyi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rüblük hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-çü il tarixli, **********90 reyestr nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Cəlilabad rayonu, Günəşli kəndində yerləşən mənzildən çıxarılmaqla ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o, xx xxxx 1976-cı il tarixdə Cəlilabad rayonu Günəşli kəndində anadan olub. 17 avqust 2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girməklə evlənmiş, həmin evlilikdən iki uşaqları doğulmuşdur. Cavabdeh onu məhkəməyə verərək, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-303/2018 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahlarının pozulmasına baxmayaraq cavabdehlə birlikdə yaşayırlar, dəfələrlə ondan Cəlilabad rayon Polis şöbəsinə əsassız olaraq şikayət etmişdir. X1 2015-ci il tarixdə ona məxsus olan ümumi sahəsi 0.1 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evini ona hədiyyə etmişdir. Bu barədə Cəlilabad rayon Notariat Kontorunda aralarında xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi bağlanmış və ƏMDX DƏDK və Reyestri Publik hüququ şəxsin xx.xx.2024-cü il tarixli çıxarışı da vardır. Hal hazırda o (iddiaçı) atasına məxsus, böyüyüb başa çatdığı, haqqı olan evdə yaşaya bilmir, çünki cavabdeh evdə söz-söhbət yaradır onlarırahat yaşamağa qoymur. Cavabdehdən dəfələrlə ona məxsus mənzildən çıxmasını tələb etsə də, buna məhəl qoymur əksinə onu evdən qovması ilə hədələyir. Hətta cavabdehin münaqişlərinə görə tərəfindən Cəlilabad rayon Polis Şöbəsinə dəfələrlə müraciət etmiş, lakin Cəlilabad RPŞdə müraciətinin mülki xarakterli olması nəzərə alınaraq məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunub. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 17 avqust 2005-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha girməklə evlənmiş, həmin evlilikdən iki uşaqları doğulmuşdur. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-303/2018 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Daha sonra Cəlilabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1478/2019 saylı qətnaməsinə əsasən o (Cavabdeh), 03 fevral 2002-ci il təvəllüdlü Qoşqar və 18 may 2005-ci il təvəllüdlü Aysun adlı uşaqları ilə birlikdə cavabdeh İddiaçı Səxavət oğlunun yaşadığı Cəlilabad rayonunun Günəşli kəndində yerləşən üç otaqlı, ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evinə köçürülüşdür. Bundan sonra İddiaçı ona (cavabdehə) məxsus cehiz əmlaklarının Cəlilabad rayonu, Günəşli kəndində yerləşən evdən çıxarılmasına dair iddia ərizəsilə məhkəməyə müraciət etmiş, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-190/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Hazırkı iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Günəşli kəndində yerləşən 0.1 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)- 303/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı Səxavət oğlu arasında bağlanmış, 17 avqust 2005-ci il tarixli, 24 nömrəli nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqları 03 fevral 2002-ci il tarixdə anadan olmuş X5 və 18 may 2005-ci iİ tarixdə anadan olmuş X6 Cavabdeh yannda qalmalarının müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)- 1782/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı Səxavət oğluna qarşı birgə nikah dövründə əldə etdikləri Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evinin və 21 may 2015-ci il tarixdə əldə etdikləri 0.10 ha torpaq sahəsinin aralarında bərabər qaydada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1478/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh 03 fevral 2002-ci il təvəllüdlü Qoşqar və 18 may 2005-ci il təvəllüdlü Aysun adlı uşaqları ilə birlikdə cavabdeh İddiaçı Səxavət oğlunun yaşadığı Cəlilabad rayonunun Günəşli kəndində yerləşən üç otaqlı, ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 190/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh məxsus cehiz əmlaklarının Cəlilabad rayonu, Günəşli kəndində yerləşən evdən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə sadadlananlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)- 1478/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh 03 fevral 2002-ci il təvəllüdlü Qoşqar və 18 may 2005-ci il təvəllüdlü Aysun adlı uşaqları ilə birlikdə cavabdeh İddiaçı Səxavət oğlunun yaşadığı Cəlilabad rayonunun Günəşli kəndində yerləşən üç otaqlı, ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Göründüyü kimi, hazırkı mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğu üçün iddiaçı cavabdehin yalnız kompensasiya qarşılığında evdən çıxarılmasını tələb edə bilər. Əks halda iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1313/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1313/2024
21.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver