Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1323/2024 12.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 16 mart 2024-cü il tarixdə Cəlilabad rayonu Sadatlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, mərhum övladı X4 xx.xx.1991-ci il tarixdə Cəlilabad rayonu Sadatlı kəndində anadan olmuşdur. Övladı uşaqlarının xəstəliyini fikir edərək keçirdiyi hisslərin təsiri altında qalaraq 16 mart 2024-cü il tarixdə yaşadığı evin həyətində yerləşən tövlənin tavan örtüyündə olan milə bağlanmış olduğu pres ipi ilə özünü asaraq intihar etmişdir. Bu barədə Cəlilabad rayon Prokurorluğunun 26 mart 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda da öz əksini tapmışdır. Ölümündən sonra ailənin başı yas mərasiminə qarışdığı üçün ölüm şəhadətnaməsi almaq üçün heç bir orqana müraciət olunmamışdır. Hal-hazırda o, oğlunun ölüm haqqında şəhadətnaməsi lazım olduğu üçün Maraqlı şəxsnə müraciət etmişdir. X3 bildirilmişdir ki, övladının ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndə oğlunun ölümü qeydə alına bilməz və bu barədə məhkəməyə müraciət etməlidir. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirdi ki, mərhum Əliəkbər Eminov onun bacısı oğludur. X1 xx.xx.1991-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində doğulmuşdur. X1 uşaqlarının xəstəliyini fikir edərək keçirdiyi hislərin təsiri altında 16 mart 2024-cü il tarixdə yaşadığı evin həyətində yerləşən tövlənin tavan örtüyündə olan milə bağlanmış pres ipi ilə özünü asaraq intihar etmişdir. Vəfatından sonra, X7 rayonu Sadatlı kəndinin məzarlığında dəfn edilmişdir. O, bir dayı kimi şəxsən dəfn və hüzr mərasimlərində yaxından iştirak etmişdir. Mərhum bacısı oğlu X2 16 mart 2024-cü il tarixdə Sadatlı kəndində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi izahatında bildirdi ki, mərhum Əliəkbər Eminov onun bacısı oğludur. X1 xx.xx.1991-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində doğulmuşdur və 16 mart 2024-cü il tarixdə Sadatlı kəndində də vəfat etmişdir. Vəfatından sonra, X7 rayonu Sadatlı kəndinin məzarlığında dəfn edilmişdir. O, bir dayı kimi şəxsən dəfn və hüzr mərasimlərində yaxından iştirak etmişdir. Mərhum bacısı oğlu X2 16 mart 2024-cü il tarixdə Sadatlı kəndində ölməsi faktını təsdiq edir. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Eminova X5 rayonu Sadatlı kəndində qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon İHB-nın Seyidbazar kənd İƏDÜN tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X4 16 mart 2024-cü il tarixdə vəfat etmiş və Sadatlı kənd məzarlığında dəfn olunmuşdur. İşdə olan 26 mart 2024-cü il tarixli Cinayət işi başlanmasınnı rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X1 uşaqlarının xəstəliyini fikir edərək keçirdiyi hislərin təsiri altında 16 mart 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətində yerləşən tövlənin tavan örtüyündə olan milə bağlanmış pres ipi ilə özünü asaraq intihar etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi oğlu X4 17 fevral 1991-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində doğulmuşdur. 16 mart 2024-cü il tarixdə Cəlilabad rayonunun Sadatlı kəndində ölmüş və həmin kəndin məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi oğlu Əliəkbər Eminovun ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyən edici sənədlər olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınmasıüçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X2 16 mart 2024-cü ildə Cəlilabad rayonu Sadatlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 17 fevral 1991-ci il tarixdə doğulmuş X2 16 mart 2024-cü ildə Cəlilabad rayonu Sadatlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1323/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1323/2024
12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver