Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1327/2024 27.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddia ərizəsində qeyd edilən və Cavabdeh məxsus cehiz əmlaklarının ona məxsus Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus və iddia ərizəsində qeyd edilən cehiz əmlaklarının ona məxsus Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Üçtəpə kəndində yaşayır. Belə ki, qardaşı X4 Cavabdeh ilə 2009-ci ildə rəsmi nikah olmadan el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını isə sonradan rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə iki övladları olmuşdur. X6 ilə Cavabdeh ailə həyatı qurduqdan sonra cavabdeh özünə məxsus olan cehiz əmlakını atasına məxsus olan evə gətirmişdir. Bundan bir müddət sonra isə həmin cehiz əmlakı ona məxsus olan evə köçürülmüşdür. X6 Cavabdeh ilə ailə həyatı qurduqdan sonar ilk əvvəllər aralarında heç bir problem_olmamış, lakin müəyyən müddətdən sonar cavabdehlə aralarında münasibətlər getdikcə problemə çevrilməyə başlamış və ara-sıra aralarında anlaşılmamazlıq yaranaraq bu problemlərin daha da böyüməsinə səbəb olmuşdur. X6 Cavabdeh ilə bir müddət yaşasa da, sonradan cavabdehin qardaşı Tahirə qarşı münasibəti dəyişmişdir. Nəhayət cavabdehlə X6 arasındakı xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Cavabdeh atası evinə getdikdən sonra həmin cehiz əmlaklarını özü ilə aparmamış və cehiz əmlakları onların yaşadıqları evdə qalmışdır. Cavabdeh ilə X6 ayrıldıqdan sonra o, cavabdehə dəfələrlə qardaşıdan ayrı yaşadığını bildirərək, qeyd edilən cehiz əmlakını onun evindən gəlib götürməsini tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Cavabdeh məxsus cehiz əmlakları - dörd ədəd döşək, dörd ədəd yorğan, on iki ədəd nalça, səkkiz ədəd balış, bir ədəd tozsovuran, bir ədəd çörəkbişirən, bir ədəd ət maşını, bir ədəd televizor, bir ədəd elektrik samovarı, bir ədəd mikser, bir ədəd çaydan (tefal), üç ədəd xalça, uşaq yatağı, iki ədəd çılçıraq, üç ədəd qazan, iki ədəd çuğun vedrə, bir ədəd çuğun tabaq (cörək üçün), üç ədəd adyal (bir ədəd təzə, iki ədəd işlənmiş), bir ədəd selifon materialdan yorğan, altı ədəd stul, bir ədəd stol, bir ədəd sandıq, bir ədəd televizor altlığı, iki ədəd kreslo, bir ədəd divan, iki ədəd tumbuçka, bir ədəd taxt, bir ədəd güzgü, bir ədəd paltar şkafı, bir ədəd qab stenkası, bir ədəd paltarasılandan ibarətdir. O cehiz əmlakının evdən çıxarılması tələbi barədə mediasiya şurasına müraciət etmiş, ərizəsi mediator tərəfindən icraata götürülmüş və nəticədə mediator tərəfindən ona 07 dekabr 2021-ci il tarixli arayış verilmişdir. Mediasiya sessiyasının keçirilməsi barədə 60 (altmış) manat məbləğində mediasiya xərci ödəmişdir. Bu barədə mediator tərəfindən verilmiş X3 iştirak edilməyi barədə arayışda da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən Cavabdeh məxsus və iddia ərizəsində qeyd edilən cehiz əmlaklarının ona məxsus Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı qardaşı X4 ilə 2009-ci ildə rəsmi nikah olmadan el adətinə uyğun toy edərək ailə həyatı qurmuşlar. Birgə yaşadıqları dövrdə iki övladları olmuşdur. Tahir Piriyev ilə ailə həyatı qurduqdan sonra özünə məxsus olan cehiz əmlaklarını iddiaçının atasına məxsus olan evə gətirmiş və bundan bir müddət sonra isə həmin cehiz əmlakları iddiaçıya məxsus olan evə köçürülmüşdür. Sonradan iddiaçının X6lə aralarında olan münasibətlər getdikcə pisləşmiş və nəticədə ayrılmışlar. O, iddiaçının X6dən ayrılıb atası evinə getdikdən sonra, ona məxsus dörd ədəd döşək, dörd ədəd yorğan, on iki ədəd nalça, səkkiz ədəd balış, bir ədəd tozsovuran, bir ədəd çörəkbişirən, bir ədəd ət maşını, bir ədəd televizor, bir ədəd elektrik samovarı, bir ədəd mikser, bir ədəd çaydan (tefal), üç ədəd xalça, uşaq yatağı, iki ədəd çılçıraq, üç ədəd qazan, iki ədəd çuğun vedrə, bir ədəd çuğun tabaq (cörək üçün), üç ədəd adyal (bir ədəd təzə, iki ədəd işlənmiş), bir ədəd selifon materialdan yorğan, altı ədəd stul, bir ədəd stol, bir ədəd sandıq, bir ədəd televizor altlığı, iki ədəd kreslo, bir ədəd divan, iki ədəd tumbuçka, bir ədəd taxt, bir ədəd güzgü, bir ədəd paltar şkafı, bir ədəd qab stenkası, bir ədəd paltarasılandan ibarət cehiz əmlakları iddiaçıya məxsus evdə qalmışdır. O, həmin cehiz əmlaklarının iddiaçıya məxsus evdən çıxarılmasını istəyir və bu səbəbdən də, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Üçtəpə bələdiyyəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 96 saylı arayışdan görünür ki, İddiaçı bələdiyyə ərazisində yerləşən 0,10 ha yaşayış təyinatlı torpaq sahəsi vardır və həmin torpaq sahəsi üzərində 4 otaqdan ibarət 153 kv.metr olan yaşayış evi inşa etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə Cavabdeh İddiaçı qardaşı X4 ilə 2009-ci ildə toy edərək ailə həyatı qurmuşlar. Birgə yaşadıqları dövrdə iki övladları doğulmuşdur. Cavabdeh Tahir Piriyev ilə ailə həyatı qurduqdan sonra özünə məxsus olan cehiz əmlaklarını iddiaçının atasına məxsus olan evə gətirmiş və bundan bir müddət sonra isə həmin cehiz əmlakları iddiaçıya məxsus olan evə köçürülmüşdür. Sonradan iddiaçının X6lə Cavabdeh arasında olan ailə münasibətləri getdikcə pisləşmiş və nəticədə ayrılmışlar. Cavabdeh iddiaçının X6dən ayrılıb atası evinə getdikdən sonra, cavabdehə məxsus dörd ədəd döşək, dörd ədəd yorğan, on iki ədəd nalça, səkkiz ədəd balış, bir ədəd tozsovuran, bir ədəd çörəkbişirən, bir ədəd ət maşını, bir ədəd televizor, bir ədəd elektrik samovarı, bir ədəd mikser, bir ədəd çaydan (tefal), üç ədəd xalça, uşaq yatağı, iki ədəd çılçıraq, üç ədəd qazan, iki ədəd çuğun vedrə, bir ədəd çuğun tabaq (cörək üçün), üç ədəd adyal (bir ədəd təzə, iki ədəd işlənmiş), bir ədəd selifon materialdan yorğan, altı ədəd stul, bir ədəd stol, bir ədəd sandıq, bir ədəd televizor altlığı, iki ədəd kreslo, bir ədəd divan, iki ədəd tumbuçka, bir ədəd taxt, bir ədəd güzgü, bir ədəd paltar şkafı, bir ədəd qab stenkası, bir ədəd paltarasılandan ibarət cehiz əmlakları iddiaçıya məxsus evdə qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Qeyd edilən maddi hüquq normaları baxımından məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olduğu yaşayış evindən və qeyri-yaşayış sahəsindən maneəsiz istifadə edilməsinin təmin edilməsi və kənar şəxslərin ona mənsub əmlakdan sahiblik etməyinə son qoyulmasına dair tələbində tamamilə haqlıdır. Belə ki, cavabdehə məxsus cehiz əmlaklarının yerləşdiyi fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehə məxsus əmlakın başqasının mülkiyyətində olan evdə saxlanılması əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda cavabdehə məxsus əmlakın həmin evdə yerləşməsi, mülkiyyətçinin əmlakın saxlandığı yaşayış sahəsindən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır. Bu nöqteyi-nəzərdən məhkəmə qeyd edir ki, cavabdehə məxsus və çıxarılması tələb olunan cehiz əmlaklarının iddiaçıya məxsus evdə qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materillarına əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, cavabdeh İddiaçı ona qarşı iddiasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilməsi Cavabdeh çatışmayan digər cehiz əmlakı, qızıl-zinət əşyaları və digər əmlaklar barədə gələcəkdə ayrıca iddia qaldırmaq hüququndan məhrum etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus cehiz əmlakları İddiaçı məxsus Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçının nümayəndəsi ərizə verərək ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əmlakları İddiaçı məxsus Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1327/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1327/2024
27.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver