Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-14/2023 06.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Şabanlı bələdiyyəsi tərəfindən rəsmi müqavilə əsasında ona 20 illiyinə icarəyə verilmiş Cəlilabad rayonu Mirtəhməzli kəndində yerləşən 0,80 ha və 1,20 ha torpaq sahələrinin zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Şabanlı bələdiyyəsi tərəfindən rəsmi müqavilə əsasında ona 20 illiyinə icarəyə verilmiş Cəlilabad rayonu Mirtəhməzli kəndində yerləşən 0,80 ha və 1,20 ha torpaq sahələrinin zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəsinə əlavə edilmiş sənədlərin özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini, cavabdehin də işin mahiyyəti üzrə həll olunması tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Şabanlı bələdiyyəsi tərəfindən rəsmi müqavilə əsasında ona 20 illiyinə icarəyə verilmiş Cəlilabad rayonu Mirtəhməzli kəndində yerləşən 0,80 ha və 1,20 ha torpaq sahələrinin zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-14/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-14/2023
06.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver