Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-145/2023 15.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı JN-297, KOD 80602004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin ona qaytarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-297, KOD 80602004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında İddiaçı iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu Göytəpə şəhərində yaşayır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,47 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-297, KOD 80602004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Lakin Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyi üçün o, həmin torpaq sahəsindən istifadə edə bilmir. O, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehlə söhbətlər aparsa da, nəticəsi olmamış və cavabdeh ümumiyyətlə ona əhəmiyyət verməyərək qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində o, təsərrüfat işləri apara bilmir və bu səbəbdən onun mülkiyyət hüququ pozulur. Ona görə də, JN-297, KOD 80602004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətində olan 0,47 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, Cəlilabad rayonu Göytəpə şəhərində onun mülkiyyətində torpaq sahəsi vardır və o, öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə edir. İddiaçının torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-297, KOD 80602004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə X4, X5, İddiaçı, X2 və X3 mülkiyyətlərinə Cəlilabad rayonu Göytəpə kəndində (şəhərində) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,47 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3257 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1294/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tələb etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına və JN-297 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına görə onların mülkiyyətinə verilmiş 0,47 ha kənd təsərrüfatı təyinatlı payıbəlli torpaq sahəsi olduğu və İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 297 nömrəli 0,47 ha pay torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə etdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 297 nömrəli 0,47 ha pay torpaq sahəsində çiyələk istixanaları mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-297, KOD 80602004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,47 hektar torpaq sahəsi verilmişdir. Lakin İddiaçı tələb etdiyi həmin torpaq sahəsi Cavabdeh tərəfindən faktiki istifadə edilməklə, həmin torpaq sahəsində çiyələk istixanaları mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh JN-297, KOD 80602004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə Cavabdeh 95 manat alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh JN-297, KOD 80602004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə Cavabdeh 95 (doxsan beş) manat alınaraq İddiaçı verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-145/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-145/2023
15.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver