Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1452/2025 28.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X2 25 mart 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum qardaşı X6 29 may 1965-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, mədəbağırsaq xəstəliyindən əziyyət çəkdiyi üçün 25 mart 2025-ci il tarixdə isə qəflətən vəfat etmiş və Cəlilabad şəhər məzarlığında dəfn edilmişdir. Qardaşının ölümündən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət olunmadığı üçün ölümün qeydə alınması mümkün olmamışdır. Hal-hazırda mərhum atasının vəfat etməsi səbəbindən vərəsəliklə bağlı və torpaq sənədlərinin sənədləşməsi üçün qardaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, Ərizəçi qonşusudur. X1 isə Ərizəçi qardaşıdır. Kamran Həsənov 29 may 1965-ci ildə Cəlilabad şəhərində doğulmuşdur. 25 mart 2025-ci ildə isə mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyi üçün qəflətən vəfat etmiş və Cəlilabad şəhər məzarlığında dəfn edilmişdir. Bir qonşu kimi mərhumun yas mərasimində iştirak etmişdir. O, X2 25 mart 2025-ci ildə Cəlilabad şəhərində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o, Ərizəçi qonşusudur. X1 isə Ərizəçi qardaşıdır. Kamran Həsənov 25 mart 2025-ci ildə isə mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyi üçün qəflətən vəfat etmişdir. Bir qonşu kimi mərhumun yas mərasimində iştirak etmişdir. O, X2 25 mart 2025ci ildə Cəlilabad şəhərində vəfat etməsini təsdiq edir. İş materiallarında olan Cəlilabad şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli, 916/12 saylı arayışdan görünür ki, X6 29 may 1965-ci ildə Cəlilabad şəhərində doğulmuşdur. İş materiallarında olan AZ-İ 168001 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 dekabr 2005-ci il tarixdə “beyinə qansızma” səbəbindən ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 02 mart 2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Cəlilabad rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli məktubundan görünür ki, 29 may 1965-ci il təvəllüdlü X2 ölümü ilə bağlı Cəlilabad RMXdə hər hansı məlumat aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi qardaşı X6 25 mart 2025-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və vəfatından sonra Cəlilabad şəhər məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi mərhum qardaşı Kamran Həsənovun ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X2 25 mart 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 29 may 1965-ci ildə doğulmuş X6 25 mart 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1452/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1452/2025
28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver