Məhkəmə qərarları › İş №2(073)-1462/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1462/2023

06.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1462/2023 06.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı X2 nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X12 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair idiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment öhdəliklərinə xilam verilməsi, alimentin düzgün müəyyənləşdirilməsi və cavabdehdən bir uşağa görə alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində alimentin alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, tərəflər faktiki evlənmişlər, nikahlarını isə 18 mart 2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd, 13 mart 2011-ci il təvəllüdlü Məşi və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz adlı uşaqları doğulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Cəlilabad Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşaqların analarının yanında qalması müəyyən olunmuşdur. Bundan sonra 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd adlı uşaq iddiaçının yanında qalsa da, 13 mart 2011-ci il təvəllüdlü Məşi və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz adlı uşaqları iddiaçının yanında qayıtmışlar. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)1945/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli 2(073)- 1372/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-259/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşaq tələbi barədə iddiası təmin edilərək, birgə nikahlarından doğulmuş 13 mart 2011-ci il təvəllüdlü X7 və 25 sentyabr 2012-ci il təvəllüdlü X4 iddiaçının yanında yaşamasının müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1102/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli 2(073)-259/2021 saylı qətnaməsi ləğv edilərək, həmin iş üzrə icraata xitam verilmişdir. Daha sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Məşi adlı uşağı da anasının yanına qayıtmışdır. Hazırda 25 sentyabr 2012-ci il təvəllüdlü X9 iddiaçı ilə birlikdə yaşayır. İddiaçı hazırda işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə işləyir və aylıq əmək haqqı alır. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Bundan başqa, İddiaçı maddi imkanı olmadığına görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyə bilməmiş və buna görə də onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçının əvvəllər də maddim imkanı olmamış və hazırdı da maddi imkanı yoxdur. Məhkəmə hökmü ilə məhkum edilməsi isə iddiaçının işləmək imkanlarını da məhdudlaşdırmışdır. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X17 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, faktiki evlənmişlər, nikahlarını 18 mart 2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından tərəflərin 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd, 13 mart 2011-ci il təvəllüdlü Məşi və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz adlı uşaqları doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında Cəlilabad rayon Alar kənd İnzibati Ərazi Üzrə Nümayəndəliyində bağlanmış 18 mart 2011-ci il tarixli, 19 saylı nikahın pozulması, birgə nikahlarından doğulmuş 06 iyun 2009-cu il təvəllüdlü X1, 13 mart 2011-ci il təvəllüdlü X7 və 25 sentyabr 2012-ci il təvəllüdlü X4 onun yanında qalmalarının müəyyən edlilməsi, 11 iyun 2020-ci ildən başlayaraq cavabdeh İddiaçı 06 iyun 2009-cu il təvəllüdlü X1, 13 mart 2011-ci il təvəllüdlü X7 və 25 sentyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Bundan sonra, cavabdeh İddiaçı Aida Niətullayevanın yanında olan uşaqları ilə görüşmək adı ilə onu aldadaraq, uşaqları aparmış və Cavabdeh qaytarmamışdır. Daha sonra həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)1945/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli, 2(073)-1372/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-259/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşaq tələbi barədə iddiası təmin edilərək, birgə nikahlarından doğulmuş 13 mart 2011-ci il təvəllüdlü X7 və 25 sentyabr 2012-ci il təvəllüdlü X4 İddiaçı himayəsində yaşamasının müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1102/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş və Cəlilabad Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli 2(073)-259/2021 saylı qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh İddiaçı uşaqlarını tələb etmiş, lakin İddiaçı bundan imtina etmişdir. Hazırda tərəflərin birgə nikahlarından doğulmuş Məhəmməd və Məşi adlı uşaqları Cavabdeh yanında yaşayır. Cavabdeh xadimə işləyir və aylıq əmək haqqı 345 (üç yüz qırx beş) manat təşkil edir. Cavabdeh aldığı əmək haqqı ilə uşaqlarının maddi təminatını ödəməkdə çətinlik çəkir. Bundan başqa, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəmədiyinə görə İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda Cavabdeh aliment ödəmək iqtidarında deyildir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X13r. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1372/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Cəlilabad rayon Alar kənd İnzibati Ərazi Üzrə Nümayəndəliyində bağlanmış 18 mart 2011-ci il tarixli, 19 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 06 iyun 2009-cu il təvəllüdlü X1, 13 mart 2011-ci il təvəllüdlü X7 və 25 sentyabr 2012-ci il təvəllüdlü X4 iddiaçı Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, 11 iyun 2020-ci ildən başlayaraq cavabdeh İddiaçı 06 iyun 2009-cu il təvəllüdlü X1, 13 mart 2011-ci il təvəllüdlü X7 və 25 sentyabr 2012-ci il təvəllüdlü X4 yetkinlk yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-251/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı valideynlik hüququndan məhrum etmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-259/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 13 mart 2011-ci il təvəllüdlü X7 və 25 sentyabr 2012-ci il təvəllüdlü X4 İddiaçı himayəsində yaşamasının müəyyən edilməsi qət olunmuşdur. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-1245/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli, 2(073)-1372/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(106)- 1102/2022 saylı qərardadından görünür ki, həmin qərardad ilə Cavabdeh şikayəti qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli, 2(073)-259/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı 06 sentyabr 2009-cu il təvəllüdlü X1, 13 mart 2011-ci il təvəllüdlü X8 və 25 sentyabr 2012-ci il təvəllüdlü X4 cavabdehdən alınaraq onun himayəsinə verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-110/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsin xx.xx.2023-cü il tarixli, 2(073)-140/2023 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər ayrıldıqdan sonra onların birgə nikahlarından doğulmuş uşaqlarından 25 sentyabr 2012-ci il təvəllüdlü X9 atası İddiaçı yanında qalmışdır. İddiaçı işləmir və Dönməz adlı uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə işləyir və aylıq 345 (üç yüz qırx beş) manat əmək haqqı alır. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkdiyini, cavabdehin köməyinə ehtiyacının olduğunu, cavabdehin işlədiyini və aylıq əmək haqqı aldığını nəzərə alır və hesab edir ki, hazırda iddiaçının tələb etdiyi məbləğdə alimentin cavabdehdən tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 22 iyun 2023-cü ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Buna görə də, iş üzrə ödənilməli olan 30.80 (otuz manat səksən qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 22 iyun 2023-cü ildən başlayaraq 25 sentyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30.80 (otuz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar