Məhkəmə qərarları › İş №2(073)-1487/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1487/2024

10.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1487/2024 10.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin alınaraq ona qaytarılması tələbinə dair mülki işə Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmşidir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlərə məxsus torpaq sahələrinə aid çıxarışların mübahisələndirilməsi zərurəti yarandığından, həmin mübahisə ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək qərarına gəldiyindən, mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin əslinin özünə qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini, cavabdehlərin də işin mahiyyəti üzrə həll olunması tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 6********) İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin alınaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 6********) İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar