Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-150/2023 11.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aralarında olan nikahın ləğv edilməsi, 12 iyun 2010-cu il təvəllüdlü X1 və 27 oktyabr 2013-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə 200 manat olmaqla hər ay cəmi 400 manat sabit pul məbləğində aliment tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan nikahın ləğv edilməsi, 12 iyun 2010-cu il təvəllüdlü X1 və 27 oktyabr 2013-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə 200 manat olmaqla hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin, mediasiya haqqı olaraq ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 10 yanvar 2023-cü il tarixə saat 09:00-a və 11 aprel 2023-cü il tarixə saat 09:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin tərəflər məhkəməyə gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı aralarında olan nikahın ləğv edilməsi, 12 iyun 2010-cu il təvəllüdlü X1 və 27 oktyabr 2013-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə 200 manat olmaqla hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin, mediasiya haqqı olaraq ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-150/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-150/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver