Məhkəmə qərarları › İş №2(073)-1531/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1531/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1531/2025 10.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X3 09 aprel 1969-cu ildə Cəlilabad rayon Üçtəpə kəndində ölməsi faktnın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, xx xxxx 1976-cı il tarixdə Cəlilabad rayonu, Üçtəpə kəndində doğulmuşdur. X2, anası X4r. Valideynlərindən atası rəhmətə getmiş, anası isə sağdır. O, vərəsəlik işi ilə əlaqədar notariat ofisinə müraciət etdikdə məlum olmuşdur ki, atasının anası X3 ölüm akt qeydi aparılmamışdır. Halbuki, nənəsi X5 09 aprel 1969-cu il tarixdə vəfat etmişdir. Lakin onun ölüm haqqında şəhadətnaməsini evdə tapa bilmədiyi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı oğludur. X5 onun (şahidin) anasıdır. Anasının mədəsində problem olmuşdur. Xəstəxanadan gəlmiş, aprelin 9-da vəfat etmiş, Üçtəpə kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X7 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. X1 evində vəfat etmiş, Üçtəpə kənd qəbiristanlığında dəfn olunmuşdur. Qaynatası müharibə veteranı idi, ayaqlarını müharibədə itirmişdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X10 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı oğludur. Atası İsmayıl, anası isə Balaş olub. 09 aprel 1969-cu ildə anası rəhmətə gedib, kənd qəbiristanlığında dəfn edilib. Mədəsində problem var idi, xəstəxanadan qayıtdı evə və evdə də rəhmətə getdi. İşdə olan Tibbi Ərazi Bölmələrinin X6 rayon X8 X19 kənd Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Üçtəpə kənd sakini olmuş X3 ölümü haqda Üçtəpə kənd ASM-ində heç bir qeydiyyat yoxdur. İşdə olan Cəlilabad RİHB-nın Üçtəpə kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Üçtəpə kəndində qeydiyyatda olmuş və yaşamış mərhum X3 09 aprel 1969-cu il tarixdə vəfat etməsi haqqında ölüm qeydiyyatı tapılmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənələr olmadığı üçün Maraqlı şəxsndə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X3 ölüm tarixi 1969-cu il kimi göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 ilə X5 xx.xx.1960-cı ildə nikahlarını bağlamışlar, bu barədə nikah akt qeydləri kitabında 09 saylı qeyd aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin nənəsi X5 09 aprel 1969-cu il tarixdə vəfat etmiş, Cəlilabad rayon Üçtəpə kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt mərhuma ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər. Hazırda ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə vərəsəlik işlərinin aparılması üçün lazımdır, lakin ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 09 aprel 1969-cu ildə Cəlilabad rayonunun Üçtəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar