Məhkəmə qərarları › İş №2(073)-1543/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1543/2025

16.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1543/2025 16.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və orada inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiası barədə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və orada inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona verilmiş torpaq sahəsindən çıxarılması və orada inşa etmiş olduğu tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətinə Cəlilabad şəhəri H. Əliyev prospekti 166A ünvanında 0.003 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin bir hissəsində iddiaçı kommersiya obyekti inşa etmişdir. Orada müvafiq tikinti işləri aparılması üçün Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 128 saylı sərəncamı da vardır. Lakin cavabdeh həmin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt edib orada tikinti işləri aparmışdır. İddiaçı cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq etsə də bu günə kimi cavabdeh həmin torpaq sahəsini boşaltmaqdan yayınmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli **********46 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad şəhəri H.Əliyev prospekti 166A ünvanında yerləşən 0.003 ha yaşayış məntəqələrinin torpaqları koteqoriyasına aid torpaq sahəsi İddiaçı xüsusi mukiyyətindədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Torpaqların elektron Kadastr uçotu informasiya sistemi baza məlumatından və ortofoto materiallarına, **********46 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mukiyyətinə verilmiş Cəlilabad şəhəri H. Əliyev prospekti 166A ünvanında yerləşən 0.003 ha yaşayış məntəqələrinin torpaqları koteqoriyasına aid torpaq sahəsinin 0.001 ha hissəsi cavabdeh X1 istifadəsindədir. Cavabdeh X3 tərəfindən inşa edilmiş tikintialtı sahəsi 17 kv. metr (3.4 m x 5 m) olan qeyriyaşayış tikintisinin 10 kv. metr (2.2 m x 4.8 m) hissəsi **********46 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mukiyyətinə verilmiş 0.003 ha torpaq sahəsinin hüdudları daxilində olmaqla şərq istiqamətində yerləşir. Cavabdeh X3 tərəfindən inşa edilmiş tikintialtı sahəsi 17 kv. metr (3.4 m x 5 m) olan qeyri-yaşayış tikintisinin 10 kv. metr (2.2 m x 4.8 m) hissəsi mübahisəli torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən və məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyini, cizgi-planı da nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi, orada tikili inşa etdiyi müəyyən olunur ki, bu da iddiaçıya öz mülkiyyətindən istifadə etmək üçün maneələr yaradır. Buna görə də iddia təmin edilməklə cavabdeh qanunsuz zəbt etdiyi sahədən çıxarılmalı, habelə onun tərəfindən inşa edilmiş qeyri-yaşayış obyekti sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 iddiaçıya məxsus olan, Cəlilabad şəhəri H. Əliyev prospekti 166A ünvanında yerləşən 0.003 ha yaşayış məntəqələrinin torpaqları koteqoriyasına aid torpaq sahəsinin 0.001 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş tikili sökülsün. Cavabdehdən 100 (yüz) manat dövlət rüsumu alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar