Məhkəmə qərarları › İş №2(073)-161/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-161/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-161/2023 10.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1965-ci ildə Cəlilabad rayonu Alqasımlı kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, xx xxxxxx 1965-ci ildə Cəlilabad rayonu Alqasımlı kəndində doğulmuşdur. X1 ilə anası X2r. Valideynləri hazırda vəfat etmişdir. O, məlum olmayan səbəbdən vaxtında ona doğum haqqında şəhadətnamə götürülmədiyi üçün onun doğum akt qeydi aparılmamışdır. Onun doğum akt qeydi aparılmasa da sovet dövrünün pasportunu verib şəxsiyyət vəsiqəsi almışdır. O, doğum akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Onun xx xxxxxx 1965-ci il tarixdə Cəlilabad rayonu Alqasımlı kəndində doğulmasını şahidlər də təsdiq edə bilərlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi, X1, anası X5 olmaqla xx xxxxxx 1965-ci ildə Cəlilabad rayonu Alqasımlı kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun baldızıdır. Baldızı Sevda xx xxxxxx 1965-ci il tarixdə Cəlilabad rayonunun Alqasımlı kəndində doğulmuş və həmin kənddə boya-başa çatmışdır. Ərizəçi doğulan zaman onun doğum aktı qeydə aparılmamışdır, yəni valideynləri səhlənkarlıq edərək Sevdaya doğum haqqında şəhadətnamə almamışdır. Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə Cəlilabad rayonunun Alqasımlı kəndində doğulmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. Valideynləri hər iki vəfat etmişdir. Bacısı Ərizəçi xx xxxxxx 1965ci il tarixdə Cəlilabad rayonunun Alqasımlı kəndində doğulmuş və həmin kənddə boyabaşa çatmışdır. Ərizəçi doğulan zaman onun doğum aktı qeydə aparılmamışdır, yəni valideynləri səhlənkarlıq edərək Sevdaya doğum haqqında şəhadətnamə almamışdır. Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə Cəlilabad rayonunun Alqasımlı kəndində doğulmasını təsdiq edir. İşdə olan Cəlilabad rayon Əliqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Ərizəçi 03 saylı təsərrüfat başına kitabın 57-ci səhifəsinə əsasən xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. İşdə olan Cəlilabad rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 23 may 1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X6 12 sentyabr 1967-ci il tarixində doğulmuşdur. X1, anası X2r. İşdə olan “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X5 03 noyabr 2014-cü ildə Cəlilabad rayonu Alqasımlı kəndində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün onun doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X1, anası X5 olmaqla Ərizəçi xx xxxxxx 1965-ci ildə Cəlilabad rayonu Alqasımlı kəndində doğulmuşdur. Ərizəçi doğulan vaxt valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçi Seyranə Abbasovaya doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1, anası X5 olmaqla Ərizəçi xx xxxxxx 1965-ci ildə Cəlilabad rayonu Əliqasımlı kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. X1, anası X5 olmaqla Ərizəçi xx xxxxxx 1965-ci ildə Cəlilabad rayonu Əliqasımlı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar