Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1614/2025 28.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 10 mart 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, səhhətində problem yarandığına görə məhkəmə iclasında iştirak edə bilməyəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək verdiyi ərizəsində göstərmişdir ki, mərhum bacısı X6 01 iyul 1938-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, 10 mart 2025-ci il tarixdə isə qəflətən vəfat etmiş və Cəlilabad şəhər məzarlığında dəfn edilmişdir. Bacısının ölümündən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət olunmadığı üçün ölümün qeydə alınması mümkün olmamışdır. Hal-hazırda mərhum bacısının vəfat etməsi səbəbindən ölümə görə verilən dəfn pulunu, vərəsəliklə bağlı və torpaq sənədlərinin sənədləşməsi üçün bacısının ölüm haqqında şəhadətnaməsi lazımdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, Ərizəçi gəlinidir. X1 isə onun bibisi, ərizəçi Əfsərağa Qənbərovun bacısıdır. Fatma Kərimova 01 iyul 1938-ci ildə Cəlilabad şəhərində doğulmuşdur. 10 mart 2025-ci ildə isə Cəlilabad şəhərində yaşadığı evdə qəflətən vəfat etmiş və Cəlilabad şəhər məzarlığında dəfn edilmişdir. Mərhumun qohumu kimi mərhumun yas mərasimində iştirak etmişdir. O, X3 10 mart 2025-ci ildə Cəlilabad şəhərində vəfat etməsini təsdiq edir. İş materiallarında olan AZE 02899907 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 01 iyul 1938-ci ildə Cəlilabad şəhərində doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş 25 aprel 2025-ci il tarixli, 476/12 saylı arayışdan görünür ki, X7 ilə X6 nikahlarını 21 iyul 1998-ci il tarixdə rəsmiləşdirmişlər, bu barədə 10 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. X2 29 iyun 2009-cu ildə olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Cəlilabad rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli məktubundan görünür ki, 01 iyul 1938-ci il təvəllüdlü X3 ölümü ilə bağlı Cəlilabad RMX-də hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X6 10 mart 2025-ci ildə vəfat etmişdir və məzarına başdaşı qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi bacısı X6 10 mart 2025-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və vəfatından sonra Cəlilabad şəhər məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi mərhum bacısı Fatma Kərimovun ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş bacısına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X3 10 mart 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 01 iyul 1938-ci ildə doğulmuş X6 10 mart 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1614/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1614/2025
28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver