Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1659/2025 11.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 17 oktyabr 2018-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum atası X3 09 noyabr 1955-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, 17 oktyabr 2018-ci il tarixdə isə infarkt keçirərək vəfat etmiş və Cəlilabad rayonu Uzuntəpə kənd məzarlığında dəfn edilmişdir. Atasının ölümündən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət olunmadığı üçün ölümün qeydə alınması mümkün olmamışdır. Hal-hazırda mərhum atasının vəfat etməsi səbəbindən ölümə görə verilən dəfn pulunu, vərəsəliklə bağlı, kommunal xərclərin ödənilməsi və torpaq sənədlərinin sənədləşməsi üçün atasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, Ərizəçi dayısıdır. Mərhum X3 isə Ərizəçi atasıdır. Sergey Myasnikov 09 noyabr 1955-ci ildə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuşdur. 17 oktyabr 2018-ci ildə isə keçirdiyi infarkt səbəbindən Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və Uzuntəpə kənd məzarlığında dəfn edilmişdir. Mərhumun qohumu kimi mərhumun yas mərasimində iştirak etmişdir. O, X1 17 oktyabr 2018-ci ildə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, Ərizəçi kürəkənidir. X6 isə ərizəçi Zeynalın atasıdır. Sergey Myasnikov 09 noyabr 1955-ci ildə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuşdur. 17 oktyabr 2018-ci ildə isə keçirdiyi infarkt səbəbindən Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və həmin kəndin məzarlığında dəfn edilmişdir. Mərhumun qohumu kimi mərhumun yas mərasimində iştirak etmişdir. O, X1 17 oktyabr 2018-ci ildə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etməsini və Cəlilabad rayonu Uzuntəpə kənd məzarlığında dəfn edilməsini təsdiq edir. İş materiallarında olan Cəlilabad rayonu Uzuntəpə kənd İƏDÜ nümayəndəliyindən verilmiş 28 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 09 noyabr 1955-ci il təvəllüdlü X3 17 oktyabr 2018-ci ildə vəfat etmiş və Cəlilabad rayonu Uzuntəpə kənd məzarlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Cəlilabad rayon X2 Hüquqi Şəxsi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli məktubundan görünür ki, 09 noyabr 1955-ci il təvəllüdlü X1 ölümü ilə bağlı Cəlilabad RMX-də hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X3 17 oktyabr 2018-ci ildə vəfat etmişdir və məzarına başdaşı qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi atası X3 17 oktyabr 2018-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və vəfatından sonra Uzuntəpə kənd məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi mərhum atası Sergey Myasnikovun ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş atasına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X1 17 oktyabr 2018-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 09 noyabr 1955-ci ildə doğulmuş X1 17 oktyabr 2018-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1659/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1659/2025
11.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver