Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1665/2024 23.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X5 26 oktyabr 2006-cı ildə Cəlilabad rayonunun Maşlıq kəndində doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək, verdiyi izahatında göstərdi ki, o, Şahid1 ilə el adəti ilə ailə qurmuş, birgə nikahlarında 26 oktyabr 2006-cı il tarixdə X6 doğulmuşdur. Lakin qaydaları bilməməsi səbəbindən qızının doğum akt qeydi ilə bağlı heç bir sənədləşmə işi aparılmamış və doğum haqqında şəhadətnamə ala bilməmişdir. Qızı hazırda onlarla birlikdə Maşlıq kəndində yaşayır. Qızının doğum faktı barədə Muğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş çıxarışda da qızı Zəhranın 26 oktyabr 2006-cı il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində doğulması təsdiq olunur. Doğum haqqında şəhadətnamənin olmaması onlara bəzi sənədləşmə işlərinin aparılmasında çətinlik yaradır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun (şahidin) arvadıdır. Ərizəçi ilə 2003-cü ildə faktiki evlənmişlər. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Uşaqlardan 26 oktyabr 2006-cı il tarixdə doğulmuş Zəhra İsmayılovanın doğulması barədə heç bir qeydiyyat aparılmamışdır. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi İsayeva X4 rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun (şahidin) qardaşı qızıdır. Ərizəçi ilə Şahid1 2003-cü ildə faktiki evlənmişlər. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Uşaqlardan 26 oktyabr 2006-cı il tarixdə doğulmuş Zəhra İsmayılovanın doğulması barədə heç bir qeydiyyat aparılmamışdır. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun (şahidin) qonşusudur. Ərizəçi ilə Şahid1 2003cü ildə faktiki evlənmişlər. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Uşaqlardan 26 oktyabr 2006-cı il tarixdə doğulmuş Zəhra İsmayılovanın doğulması barədə heç bir qeydiyyat aparılmamışdır. Uşağın atası Şahid1, anası Ərizəçidır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Cəlilabad rayon İHB-nın Muğan kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X1 doğulmuş, atası Şahid1, anası Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X5 barəsində 2003-cü ildən xx.xx.2023-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Doğumun qeydiyyatı ilə bağlı doğum haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquq müəyyənedici sənədlər təqdim edə bilmədiyindən doğumun qeydə alınması Maraqlı şəxsndə mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi ilə Şahid1 faktiki evlənmişlər. Tərəflərin Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Uşaqlardan 26 oktyabr 2006-cü il tarixdə doğulmuş Zəhra İsmayılovanın doğulması barədə heç bir qeydiyyat aparılmamışdır.Həmin uşağın doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Atası Şahid1 və anası Ərizəçi olmaqla X5 26 oktyabr 2006-cı ildə Cəlilabad rayonu Maşlıq kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1665/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1665/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver