Məhkəmə qərarları › İş №2(073)-167/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-167/2024

16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-167/2024 16.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X5 23 yanvar 2023-cü il tarixdə, Cəlilabad rayonu, Soyuqbulaq kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Soyuqbulaq kəndində doğulmuş və həmin kəntdə yaşayır. X6 ilə ailəlidir. Onunla birgə nikahından üç uşağı doğulmuşdur. X13 03 iyul 1992-ci ildə doğulmuşdur. 18 avqust 2020-ci il tarixdə Səbinə Novruzova ilə evlənmişdir. Onların birgə nikahlarından bir uşağı dünyaya gəlmişdir. X14 ömrünün ən gözəl baharında özünü asaraq intihar etmişdir. Belə ki, X14 23 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonu, Soyuqbulaq kəndində yaşadığı evin həyətində olan tövlədə özünü asaraq intihar etmişdir. Oğlu həmin kənd qəbristanlığında dəfn edilmişdir. Lakin o, həmin vaxt yas mərasimi ilə məşğul olduğu üçün mərhum oğlunun ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət edə bilməmişdir. Sonradan Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində ona bildirmişlər ki, vaxtında müraciət etmədiyi üçün oğlunun ölüm akt qeydinin aparılması mümkün deyil. Buna görə də o,hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi mərhum Elxas Əmirov atasıdır. X3 03 iyul 1192-ci ildə Cəlilabad rayonunun, Soyuqbulaq kəndində doğulmuşdur. 23 yanvar 2023-cü il tarixdə Soyuqbulaq kəndində vəfat etmişdir. Vəfatından sonra, X10 rayonu Soyuqbulaq kəndinin qəbristanlığında dəfn edilmişdir. O, bir Həmkəndli kimi şəxsən dəfn və hüzr mərasimlərində yaxından iştirak etmişdir. X1 23 yanvar 2023-cü il tarixdə Soyuqbulaq kəndində ölməsi faktını təsdiq edir. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əmirov X2 rayonu Soyuqbulaq kəndində qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon İHB-nın Ağdaş kənd İƏDÜN tərəfindən verilmiş 05 may 2023-cü il tarixli arayışdan görünür ki, X7 23 yanvar 2023-cü il tarixdə vəfat etmiş və Soyuqbulaq kənd məzarlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli məktubdan görünür ki, X5 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyən edici sənədlər olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X3 03 iyul 1992-ci ildə Cəlilabad rayonunun, Soyuqbulaq kəndində doğulmuşdur. 23 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonunun Soyuqbulaq kəndində yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar etmişdir. X3 həmin kəndin qəbristanlığında dəfn edilmişdir. Sonradan ərizəçi X14un ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona X5 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyən edici sənədlər olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınmasıüçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X5 23 yanvar 2023-cü ildə Cəlilabad rayonu Soyuqbulaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 03 iyul 1992-ci il tarixdə doğulmuş X5 23 yanvar 2023-cü ildə Cəlilabad rayonu Soyuqbulaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar