Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1690/2023 21.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 18 iyun 2017-ci tarixdə, X6 28 avqust 2018-ci il tarixdə və X7 08 avqust 2019-cu ildə Cəlilabad rayonu Seyidbazar kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, o, xx xxxx 1986-cı il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində doğulmuşdur. X20 ilə 2016-cı il tarixdə faktiki nikahla ailə həyatı qurmuş, lakin nikahların rəsmiləşdirməmişlər. Birgə nikahlarından 3 övladları doğulmuşdur. X4 18 iyun 2017-ci tarixdə, X6 28 avqust 2018-ci il tarixdə və qızı X7 08 avqust 2019-cu ildə anadan olmuşlardır. Lakin özü və həyat yoldaşının səhlənkarlıqları ucbatından övladlarının doğum akt qeydi aparılmamışdır. O, bəzi sənədləşmə işləri üçün doğum haqqında şəhadətnamə lazım olduğundan doğum akt qeydinin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bildirmişlər ki, doğum akt qeydi aparılmadığı üçün məhkəməyə müraciət etməlidir. Hazırda şahid ifadələri ilə qızı X4 18 iyun 2017-ci tarixdə, X6 28 avqust 2018-ci il tarixdə və X7 08 avqust 2019-cu il tarixdə Cəlilabad rayonu, Seyidbazar kəndində doğulmalarını təsdiq edə bilər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi, atası Ərizəçi, anası X20 olmaqla X4 18 iyun 2017-ci tarixdə, X6 28 avqust 2018-ci il tarixdə və X7 08 avqust 2019-cu ildə Cəlilabad rayonu Seyidbazar kəndində doğulmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun oğludur. Ərizəçi ilə gəlini X20 2016-cı ildə faktiki nikah bağlamaqla ailə həyatı qurmuşlar və onların birgə nikahından 3 övladları doğulmuşdur. X2 18 iyun 2017-ci ildə, X6 28 avqust 2018-ci il ildə və X7 08 avqust 2019cu ildə Cəlilabad rayonu, Seyidbazar kəndində doğulmuş və böyüyüb boya-başa çatmışlardır. Atası Ərizəçi, anası X16r. X3, X13 və X14 doğulan zaman onların doğum aktı qeydə alınmamışdır, yəni valideynləri səhlənkarlıq edərək övladlarına doğum haqqında şəhadətnamə almamışlar. O, X5 18 iyun 2017-ci tarixdə, X6 28 avqust 2018-ci il tarixdə və X14 08 avqust 2019-cu il tarixdə Cəlilabad rayonunun, Seyidbazar kəndində doğulmalarını təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X20 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. Ərizəçi ilə 2016-cı il tarixdə ailə həyatı qurmuşlar və hazırda onların 3 övladları vardır. X1 18 iyun 2017-ci tarixdə, X6 28 avqust 2018-ci il tarixdə və X7 08 avqust 2019-cu il tarixdə Cəlilabad rayonu, Seyidbazar kəndində doğulmuş və böyüyüb boya-başa çatmışdır. Atası Ərizəçidır. Lakin özü və həyat yoldaşının səhlənkarlıqları ucbatından övladlarının doğum akt qeydi aparılmamışdır. O, təsdiq edir ki, X1 18 iyun 2017-ci tarixdə, X6 28 avqust 2018-ci il tarixdə və X7 08 avqust 2019-cu il tarixdə Cəlilabad rayonu, Seyidbazar kəndində doğulmuşdurlar. İşdə olan xx.xx.2023-cü il tarixdə verilmiş Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısının Seyidbazar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 01 saylı təsərrüfat başına kitabının çıxarışından görünür ki, X10 18 iyun 2017-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X16r. İşdə olan xx.xx.2023-cü il tarixdə verilmiş Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısının Seyidbazar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 01 saylı təsərrüfat başına kitabının çıxarışından görünür ki, X13 28 avqust 2018-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X16r. İşdə olan xx.xx.2023-cü il tarixdə verilmiş Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısının Seyidbazar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 01 saylı təsərrüfat başına kitabının çıxarışından görünür ki, X14 08 avqust 2019-cu il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X16r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli məktubdan görünür ki, X5, X6 və X7 doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün onun doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, atası Ərizəçi, anası X25maqla X10 18 iyun 2017-ci ildə, X13 28 avqust 2018-ci ildə və X14 08 avqust 2019-cu il tarixdə Cəlilabad rayonu, Seyidbazar kəndində doğulmuşlardır. Onlar doğulan vaxt valideynləri onlara doğum haqqında şəhadətnamə almamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə qızı X9 doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, atası X11, anası Ərizəçi olmaqla X5 18 iyun 2017-ci ildə, X6 28 avqust 2018-ci ildə və X7 08 avqust 2019cu ildə Cəlilabad rayonu, Seyidbazar kəndində doğulmaları faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Atası Ərizəçi, anası X20 olmaqla X5 18 iyun 2017-ci ildə, X6 28 avqust 2018-ci ildə və X7 08 avqust 2019-cu il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində doğulmalarının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1690/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1690/2023
21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver