Məhkəmə qərarları › İş №2(073)-1699/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1699/2024

16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1699/2024 16.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nun 20 noyabr 1988-ci ildə Cəlilabad şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, X2nun 20 fevral 1988-ci ildə Astara şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, mərhum X2 15 dekabr 1965-ci ildə doğulmuşdur. X4, anası X12r. Atas 1992-ci ildə X2 isə 20 fevral 1988-ci ildə vəfat etmişdir. Qardaşı Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt başları yas mərasiminə qarışıq olduğundan qardaşının ölüm akt qeydi aparılmamışdır. Ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin qardaşının ölümünü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun yaldaşının qardaşıdır. X3 20 fevral 1988-ci ildə Astara şəhərində vəfat etmişdir. Həmin vaxt mərhumun ölüm akt qeydi aparmamışlar. Həmin vaxt o, azyaşlı olsa da, hər il həyat yoldaşı və onun qardaşları tərəfindən X19 üçün ildönümü yas mərasimlərinin təşkil edildiyinin şahidi olmuşdur Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. X3 da onun (şahidin)qardaşı olmuşdur. X2 20 fevral 1988-ci ildə Astara şəhərində vəfat etmiş, Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt başları yas mərasiminə qarışıq olduğundan qardaşının ölüm akt qeydi aparmamışlar. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 şahid X9 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1965-ci ildə doğulmuş X5 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir İşdə olan Tibbi Ərazi Bölmələrinin X15 X22 rayon X10 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 15 dekabr 1965-ci ildə doğulmuş X8 ölən zaman həkim ekspert tərəfindən müayinə olumnadığı üçün ekspert rəyinin tərəflərindən verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X5 ölüm tarixi kimi 20 fevral 1988-ci il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin X2 15 dekabr 1965-ci ildə doğulmuş, 20 fevral 1988-ci ildə isə vəfat etmişdir. Mərhum X1 şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ailəsi ərizəçinin qardaşına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə bacısının ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X5 20 fevral 1988-ci ildə astara şəhərində ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 dekabr 1965-ci ildə doğulmuş X5 20 fevral 1988-ci ildə Astara şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar